Rusiyanın Kamçatka diyarında yaşayan azərbaycanlılar Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım məqsədilə kampaniyaya başlayıblar.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xeyriyyə aksiyasına Kamçatkadakı azərbaycanlı ailələrin uşaqları öz aralarında qrup yaradaraq qoşulublar. Artıq iki gün ərzində 10 min manata yaxın məbləğ toplanıb.
Onlar kampaniyanın növbəti günlərdə də davam etdiriləcəyini, toplanan vəsaitin Türkiyədə dağıntılardan əziyyət çəkən insanlara göndəriləcəyini bildiriblər".