Ermənistan xilasediciləri Türkiyənin Adıyaman şəhərində işləyir.
Bu barədə sosial şəbəkələrdə Türkiyə parlamentinin erməni deputatı Karo Palyan yazıb.
“Dağıntılar altından səsləri eşidilən binaların ünvanlarını bilənlər, xahiş edirəm, bildirin”- deyə, Palyan müraciət də edib.
Xatırladaq ki, ötən gün Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan Ermənistan Suriyaya və Türkiyəyə dağıdıcı zəlzələ nəticəsində zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinə kömək məqsədilə xilasetmə dəstələri göndərdiyini bildirmişdi.
Becan.az