Braziliya təmsilçisi "Qremio" yeni transferləri, Uruqvay millisinin futbolçusu Luis Suarezi təqdim edib.Qaynarinfo xəbər verir ki, "Barselona"nın sabiq futbolçusunun Braziliyada imzalama mərasimi keçirilib. Uruqvaylı ulduzu 30 min insan qarşılayıb. "Nasional"dan ayrılan və "Qremio" ilə 2 illik müqavilə imzalayan Luis Suares yeni azarkeşləri ilə görüşüb. Fanatlar 35 yaşlı ulduza böyük sevgi nümayiş etdirib.
Suarezin təqdimatı zamanı, Neymar və Serxio Busquets də daxil olmaqla, keçmiş komanda yoldaşlarının böyük ekranda onun haqqında dediklərini nümayiş etdirilib.
"Son bir neçə gündə mənə çox sevgi göstərildi. Mən çox minnətdaram və yenidən aid olduğu yerə qayıdan "Qremio" üçün əlimdən gələni edəcəyəm, burada qollar vurub çempionluq qazanacağam".
2021-ci ildə Braziliyada aşağı dəstəyə düşən "Qremio" bu mövsümdən etibarən yenidən yüksək liqada mübarizə aparacaq.
Üç dəfə "Copa Libertadores"i öz muzeyinə aparan "Qremio” Suarezin karyerasında 8-ci klub olacaq. 35 yaşlı ulduz daha əvvəl "Ayaks", "Liverpul", "Barselona" və "Atletiko Madrid"də çıxış edib.
BECAN.AZ