Təhlükəli terrorçu ələ keçirilibİstanbul Polis İdarəsinin əməkdaşları terror aktı törətməyə hazırlaşan və bu niyyətlə də rəqəmsal vasitələrlə təbliğat işi aparan İŞİD terrorçusunu ələ keçiriblər.
Yenixeber.org: “Tənha canavar” (yalnız kurt) kod adı ilə terror aktı planlaşdıran şəxsin yaşadığı evdə aparılan axtarış zamanı ciddi dəlillər, o cümlədən rəqəmsal vasitələrlə düzəldilən materiallar ələ keçirilib.
Bildirilib ki, ələ keçirilən sübutlar şübhəlinin ölkədə yerli və xarici turistlərin olduğu məkanlarda, turizm obyektlərində terror aktı törətmək niyyətində olduğunu aşkara çıxarıb.(Anadolu)
BECAN.AZ