İrana hücum təxirə salınır...

20:16 2.03.2023 1 190
İrana hücum təxirə salınır...

İsrail İrana hücum edəcəkmi? Yaxud ABŞ və müttəfiqlərindən ibarət koalisiya İrandakı rejimi devirmək üçün hərbi əməliyyatlar keçirəcəkmi?

Bu iki sualın yaranmasına səbəb Əfqanıstan, İraq və Suriyaya İsrail, ABŞ və koalisiya qüvvələrinin müxtəlif dövrlərdə hərbi müdaxilələridir. Əvvəllər bir dövlətə qarşı hərbi əməliyyat, yaxud bir rejimin devrilməsi istiqamətində beynəlxalq güclərin birgə fəaliyyəti müharibə adlanırdı. Məsələn, Almaniyada faşizmin hakimiyyətinə son verilməsini buna örnək olaraq göstərmək mümkündür.

Ancaq Liviyada Müəmmar Qəddafi, İraqda Səddam Hüseyn, Suriyada Bəşşar Əsəd, Əfqanıstanda “Taliban”ın devrilməsi, Yuqoslaviya hadisələri müharibə statusu ala bilməyib.

Görünür, böyük güclərin öz aralarında açıq döyüşünə dünya müharibəsi deyirlər.

Ona görə də sadaladığımız ölkələrdəki müharibələrin münaqişə, rejim dəyişməsi və s. kimi adlanmasını daha məqsədəuyğun görürlər.

Bu tip əməliyyatların başlaması üçün də əsasların olması vacibdir. İraqa hücum kütləvi qırğın silahı, Liviyaya müdaxilə Qəddafinin beynəlxalq terroru dəstəkləməsi, Suriyadakı hərbi əməliyyatlar İŞİD-ə və rejimə qarşı mübarizə aparmaq adı ilə başladı.

İrandakı hakim rejim də müxtəlif məsələlər üzrə ittiham olunur. Ötən il sentyabrın 17-də başlayan etiraz aksiyalarında “Diktatora ölüm!”, “Azadlıq!” şüarları da səslənir. Bu, İran əhalisinin diktatura rejimində yaşadığını və bu istiqamətdə beynəlxalq ictimaiyyətdən yardım istənildiyi anlamına da gəlir.

İran insan hüquqlarını və milli haqları tapdamaqda ittiham olunur, bu istiqamətdə ona qarşı sanksiyalar tətbiq edilib.

Tehran rejiminin terrorçuluq fəaliyyəti ilə məşğul olması və bu tip cinayətlərə sponsorluq etməsi dəfələrlə vurğulanıb. Ölkə ərazisində səfirliklərin və başqa diplomatik missiyaların təhlükəsizliyinin təmin olunmadığı da təsdiqlənib. Azərbaycanın bu ölkədəki səfirliyinə terror hücumu bunu isbatlayır.

İran İnqilab Keşikçiləri Qvardiyasını ABŞ və İsrail terrorçu təşkilatlar siyahısına daxil edib. Ştatların qərbdəki müttəfiqləri isə bu hərbi birləşməni terrorçu saymaqda tərəddüd etsə də, onun rəhbərliyindəki ayrı-ayrı fiqurlara qarşı məhdudlaşdırıcı addımlar atıb.

İran hakimiyyəti casusluq fəaliyyəti ilə qonşu dövlətlərin daxili işinə müdaxilə etməsi də isbatlanıb.

Tehran rejimi İraq, Suriya, Yəmən, Fələstin, Əfqanıstan, Latın Amerikası ölkələri, Güney Qafqazda pozuculuq fəaliyyəti ilə beynəlxalq təhlükəsizliyi təhdid edir.

İran hakimiyyətinin hələ də beynəlxalq ictimaiyyət üçün müəmmalı qalan nüvə proqramı da təhlükə və təhdid mənbəyidir.

İran Orta Şərqdə də pozuculuq fəaliyyəti ilə məşğul olur.

Bu günlərdə İsrailin xarici işlər naziri Eli Kohen deyib ki, İran “xərçəng”ə bənzəyir və bu hakimiyyət “Həmas”, “Cihad” və “Hizbullahı” maliyyələşdirir.

Nazir ölkəsinin İrana qarşı hərbi əməliyyatlarını istisna etməyib. O, Tehran rejimi ilə bağlı qətiyyətli addımlar atmağa çağırıb. Nazir sanksiyalarla yanaşı, hərbi əməliyyatların da uyğun zamanda tətbiqini vacib sayıb.

Məlumata görə, Eli Kohen SEPAH-ın terrorçular siyahısına salınması barədə müzakirə aparmaq üçün Almaniyaya gedib.

İrana qarşı hərbi əməliyyatlar ABŞ və İsrailin gündəliyindən heç vaxt düşməyib. Ötən ay İranın bəzi hərbi obyektlərinə İsrailin dronlarla zərbə endirməsi, yaxud Suriyada İranın hərbi bazalarını bombalamasına dair yayılan xəbərlər də bunu təsdiqləyir.

Bu ilin yanvarında ABŞ-la İsrail “Juniper Oak” (“Juniper palıdı”) adlı birgə təlimdə İrana qarşı hərbi əməliyyatlara dair tapşırıqları icra ediblər.

ABŞ və İsrail körfəz ölkələri ilə də Tehran rejiminə qarşı birgə fəaliyyəti müzakirə edir, hətta koalisiya da yaradıb. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə keçirilən Neqev forumu da belə tədbirlədəndir. Bu forumda BƏƏ, Misir, İsrail, Bəhreyn və ABŞ təmsilçilərinin iştirakı ilə bir işçi komissiya yaradılıb. Komissiyada müdafiə, kəşfiyyat, energetika sahələrində birgə layihələrin həyata keçirməsi də nəzərdə tutulub.

Region ölkələrinin narahat edən başlıca məsələ İran hakimiyyətinin atom silahı əldə edəcəyi ehtimalıdır. Tehran bu silahdan çəkindiricilik məqsədi ilə istifadə edə bilər. Bu isə regionda tarazlığın pozulmasına şərait yaradar.

Son zamanlar İranın nüvə proqramı ilə bağlı verdiyi açıqlamalar bu istiqamətdə şübhələrin daha da artmasına səbəb olub. ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal bildirib ki, İrana bir nüvə bombası üçün material hazırlamağa təxminən 12 gün lazım olacaq. Onun sözlərinə görə, 5 il öncə bunun üçün Tehrana 12 ay lazım idi.

Beləliklə, İrana qarşı xarici hərbi müdaxilə üçün fakt və arqumentlər az deyil. Ancaq uğurlu əməliyyatı şərtləndirən əsas 4 amil var.

Birincisi, planın gerçəkləşməsi üçün beynəlxalq ictimaiyyətin, özəlliklə ABŞ və müttəfiqlərinin bir mövqedən çıxış etməsi vacibdir.

İkinci önəmli məsələ Tehran hakimiyyəti, xüsusi ilə İnqilab Keşikçiləri Qvardiyası daxilində parçalanmanın baş verməsidir.

Növbəti amil xalqın bu dəyişikliyə hazır olmasıdır. İranda cəmiyyət bu rejimin getməsi ilə bağlı fitvasını çoxdan verib. Son etiraz aksiyalarında irəli sürülən şüarlar buna sübutdur.

Nəhayət, vacib məsələlərdən biri də alternativdir – kimlər gələcək?

Beləliklə, 4 amildən üçü İranda hakimiyyət dəyişikliyinə hazır görünmür. Bu səbəbdən də bütün əməliyyatlar təxirə salınır.









Sədrəddin Soltan
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO