Klassiklərin əsərləri bu gün üçün də meyyardır - Xaqani Şirvani

23:42 5.01.2023 4 229
Klassiklərin əsərləri bu gün üçün də meyyardır - Xaqani Şirvani

Əfzələddin Xaqani Şirvani

Şairin adı İbrahim, atasının adı Əli olub. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir.
Xaqani təqribən 1126-cı ildə Şamaxının Məlhəm kəndində anadan olub. İlk təhsilini əmisindən alıb və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani, Şirvanşahlar sarayına dəvət edilib və orada böyük şöhrət tapıb. Saray çəkişmələri nəticəsində şair həbs edilib. Həbsdə olduğu dövrdə O, "Həbsiyyə" şeirlərini yazıb. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olub və təəssüratlarını poetik əsərlərdə verib. Şair ömrünün son illərini Təbrizdə keçirib. Xaqani 1199-cu ildə vəfat edib və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilib.
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.
İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edib. Dövrünün elmlərini dərindən bilən Xaqani, bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olub. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülüb, poetik simvollardan geniş istifadə edilib.
Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. Bu baxımdan, istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdiriblər. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməyib, Məkkəyə ziyarətə getdikdən sonra, bir daha saraya qayıtmayaraq, Təbrizdə məskən salıb və orada da vəfat edib.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir.
+++
“Gənclərə nəsihət”

Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.

Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edən onu tarımaz.

Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.

Vəfa küçəsində ev tut, yəqin bil,
Vəfa mənzilidir, ən yaxşı mənzil.

Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm: olma bivəfa.

Çalış az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol, sözdə mötəbər.

Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar belə halına.

Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir çıxma havadar.

Dost müttəhim edib, kimi etsə rədd,
Qardaşın olsa da, önünə çək sədd.

Qırsa bir budağı dost hirslənərək,
O, cənnət ağacı olsa da, əl çək.

Dostun əkdiyi gül olsa da tikən,
Çıxarıb yerindən onu atma sən.

Özgənin əlilə adam olanlar,
Dost qədri bilməzlər, nankor olarlar.

Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.

İtə nə rəng vursan itdir, arslandan,
Qalan sümükləri yeyər hər zaman.

Razılıq etsə də təriflərindən,
Naəhlin başını havalatma sən.

Sən onu öydükcə, o lovğalanar,
Özünü yoldaş yox, əmioğlu sanar.

Daha boyun qoymaz işə, xidmətə,
Lovğalıq yabançı olur hörmətə.

Boyun böyüklüyü deyildir gərək,
Hümmətdə böyükdür hər xırda ürək.

Dünyada aqil tək bir ustad varmı?
O, bir qul yanında şagird olarmı?

Nemət üçün tərif yazma nadana,
Elmü hikmət əhli layiqdir buna.

Yalnız hünərinlə sən şöhrət qazan,
Təriflə həcvdir yerdə qalanlar.

Sənətdə tək olan bu Xaqanidən,
Gəl, incə mənalı fikir eşit sən.

Qorun pis adamdan, anla ki, onlar,
Əqrəb tək kor olar, ilan tək lal, kar.


BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}