Rusiya ordusunun bu gün gecə saatlarında Ukraynada ölkə boyu həyata keçirdiyi hücumlarda ölən və yaralananların olduğu bildirilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.
Zelenski bildirib ki, gecə saatlarında Ukraynanın hər yerinə Rusiya tərəfindən raket hücumları olub.
Ukrayna Prezidenti Rusiya ordusunun hücumlarının kritik infrastrukturu və yaşayış məntəqələrini hədəf aldığını vurğulayıb.
“Təəssüf ki, yaralılar və ölənlər var. Ölənlərin yaxınlarına başsağlığı verirəm”, - deyə, Zelenski qeyd edib.
Becan.az