İftarda necə qidalanmaq məsləhətdir?

22:29 24.03.2023 2 721
İftarda necə qidalanmaq məsləhətdir?

Oruc tutarkən yavaşlayan maddələr mübadiləsini pozmaq və boş mədəni saatlarla yükləmək düzgün deyil. Oruc tutanlar qidalanmaya xüsusi diqqət yetirməlidir. Əks halda, mədə-bağırsaq problemləri meydana gələ bilər.

İftarda necə qidalanmaq ziyansız olar?

Maye qəbul etmək vacibdir

Maye dəstəyi gün ərzində saatlarla susuz qalan bədənimiz üçün həyati əhəmiyyət daşıyır. İftardan sonra gün ərzində sahura qədər içməli olduğunuz 2-3 litr su qəbul etməlisiniz. Ramazan ayında çay və qəhvədən çox istifadə etməyin. İftarda daha çox kompot içmək tövsiyə edilir. Mineral su da elektrolit itkisinin qarşısını almaq üçün mühüm dəstəkdir. İftarla sahur arasında kifayət qədər maye qəbul etsəniz, ertəsi gün oruc tutmağınız asan olar.

Xurma yeyin

Ramazan ayının əsas meyvələrindən biri xurmadır. Xurmanın tərkibində çoxlu sayda vitamin və mineral mövcuddur. Lif, yağ və zülallarla zəngindir. Xurmanın tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor, eləcə də, A vitamini, beta-karotin, B1, B2, B3 və B6 vitaminləri də var. Xurmada hamiləlik zamanı vacib B vitamini olan fol turşusu da yer alır. Fol turşusu (B9) orqanizmdə yeni qan hüceyrələrinin əmələ gəlməsində, orqanizmin tikinti materialı olan amin turşularının qurulmasında və hüceyrələrin bərpasında mühüm rol oynayan bir vitamindir. Xurmanın tərkibindəki liflər qəbizliyə qarşı da qoruyucudur. İftar süfrələrinin vazkeçilməz qidası olan xurmanın ürək-damar xəstəliklərindən, xərçəngdən qorunmaqda, boğaz ağrılarını, bronxit, öskürək və soyuqdəymə şikayətlərini aradan qaldırmaqda təsirli rol oynadığı bildirilir. Lakin iftarda miqdarına diqqət etmək vacibdir:

3-4 xurma = 1 porsiya meyvə.

İftarda delikates məhsulları, xəmir məmulatları, pide və şirniyyatlar yüksək kalorili olduğu üçün oruc tutanlarda kökəlməyə səbəb olur. Çəki artımından asılı olaraq, qan lipidlərində və qan təzyiqində artım ola bilər. Kolbasa, sosiska kimi məhsulların yüksək doymuş yağ tərkibinə görə yeyilməsi riskli qida qrupuna daxildir. Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut olunub.

İftar şorba ilə açılmalı və bir müddət ara verdikdən sonra yeməyə başlanmalıdır. İftar su, şorba, pendir, zeytun, xurma və ya ərik qurusu ilə yüngül şəkildə başlayır və əsas yeməyə sonra keçmək daha məqsədəuyğundur.

İftar menyusu üçün nümunə:

Bol Su

- 1 xurma və ya 2 quru ərik

- 2-3 zeytun və ya 2-3 ədəd qoz

- 1 dilim az duzlu pendir

- 1 kasa şorba

- 1 ovuc pide çörəyi

15 dəqiqəlik fasilə

- Salat (1 çay qaşığı zeytun yağı ilə)

- 1 porsiya ət və ya toyuq - tərəvəz yeməyi və ya balıq - toyuq və ya paxlalı yemək

- 1-2 dilim çörək və ya 4-5 qaşıq bulqur

İftardan sonra qəlyanaltı

- 1 stəkan süd və ya qatıq və ya 10-15 fındıq/badam + 1 meyvə (yaxud da süd/meyvə deserti/2 qaşıq dondurma həftədə 2 dəfə qəlyanaltı əvəzinə yeyilə bilər).

- İçki olaraq kompotlar həm şirin, həm də təravətləndiricidir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}