Qaraqınıq bitkisinin faydaları və zərərləri

21:59 14.01.2023 11 992
Qaraqınıq bitkisinin faydaları və zərərləri


Qaraqınıq dalamazkimilər fəsiləsinə, qaraqınıq cinsinə aiddir. Qaraqınıq bitkisinə xalq arasında qara yarpız və ya kəkotu da deyirlər. Onun boyu 90 sm hündürlüyə qədər qalxa bilir. Qaraqınıq möhkəm kök və budaq sisteminə malikdir. Onun ətri kəklikotunun ətrinə çox bənzəyir. Qaraqınıq otunun gövdəsi düz, yarpaqları kiçik, tünd yaşıl rəngdə, yumurta formasında və yumşaq olur. Qaraqınıq otunun çiçəkləri xırda, qoxulu, bənövşəyi-qırmızı və ya bənövşəyi-çəhrayı rəngdə olur. Onun çiçəkləri budaqların uc hissəsində bitir.

Becan.az immunitet.az-a istinadən bildirir ki, qaraqınıq toxumları dörd ədəd olmaqla, qəhvəyi olur və kasacıqda yerləşir. Çiçəklər iyul-avqust aylarında açır, avqust-sentyabr aylarında isə toxumlar əmələ gəlir. Qaraqınıq toxum və vegetasiya yolu ilə çoxalır. Qaraqınıq MDB ölkələrində, Qafqazda, Qərbi və Şərqi Sibirdə, Orta Asiya ölkələrində və Qazağıstanda daha geniş yayılıb. Qaraqınıq kütləvi şəkildə, quru torpaqlarda, meşəlik və düzənlik ərazilərdə bitir. Qaraqınıq az kalorilidir. Ondan dəmlənmiş çayın 100 qramında 27 kKal var. O dietik qida sayılır.

100 qram qaraqınığın tərkibində olan qida dəyəri:

- Zülallar - 1,5 qr
- Yağlar - 0
- Karbohidratlar - 5 qr
- Su - 90 qr
- Kalori - 27 kKal.


Qaraqınığın tərkibində 1% efir yağları, fenol, timol və onların izomer birləşmələri, trisiklik seskviterpen, tanin maddələr, piqmentlər, askorbin turşusu və s. var. Qaraqınığın çiçəklərində 166 mq%, yarpaqlarında 565 mq%, saplaqlarında isə 58 mq% askorbin turşusu var. Qaraqınıq güclü antioksidant təsirə malikdir. Qaraqınıq orqanizmə sakitləşdirici təsir göstərir. Qaraqınıq dəmləməsi mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərir, mədə-bağırsaq sisteminin işini normallaşdırır, bağırsaqların peristaltikasını yaxşılaşdırır, ödqovucu, iltihab əleyhinə və sidikqovucu təsir göstərir. Qaraqınıqdan hazırlanan preparatları nevrozlar, isteriyalar, yuxusuzluq, epilepsiya, hipertoniya, atereskleroz, klimakterik şikayətlər, mədə-bağırsaq spazmları, xroniki qastritlər, mədə və onikibarmağın yara xəstəliyi, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı təyin edirlər.

Bolqarıstanda qaraqınıq bitkisinin, çiçəklənən zaman torpaqda qalan hissəsini yığıb, fitoterapiyada istifadə edirlər. Qaraqınıq kökü mədə-bağırsaq spazmlarında, əsəbləşmə zamanı, aybaşı ağrılarında, cinsi oyanmaları sakitləşdirmək, sarılıq və qaraciyər xəstəlikləri zamanı istifadə edilir. Ondan tünd və isti dəmlənmiş çay orqanizmə tərlədici təsir göstərir. Qaraqınıq dəmləməsi ilə vanna etdikdə ekzema, dəri yaraları qısa müddətdə sağalır. Bunun üçün 100 qram quru qaraqınıq otunu 2 litr suda qaynadıb vannadakı suya əlavə eləmək lazımdır.

Bronxitlər, pnevmoniyalar, bronxhektaziyalar, bronxial astmalar zamanı qaraqınıq dəmləməsi tərlədici, bəlğəmgətirici, öskürəkkəsici təsir göstərir. Bunun üçün 2 xörək qaşığı xırdalanmış qaraqınıq otunu 2 stəkan qaynar suda dəmləyib, 3 hissəyə bölərək yeməkdən əvvəl gündə 3 dəfə içmək lazımdır.
Epilepsiya xəstəliyi zamanı 3 il müddətinə fasilələrlə qaraqınıq dəmləməsi içmək məsləhət görülür. Bu zaman 2 xörək qaşığı qaraqınıq otunu yarım stəkan qaynar suda 2-3 saat dəmləyib içmək lazımdır.

Xalq təbabətində qaraqınıq otundan raxit, qızılca, qaşınma, yaralanma və digər müxtəlif dəri xəstəlikləri zamanı vannalar, kompreslər tətbiq edilir.
Soyuqlama və baş ağrıları zamanı qaraqınıq çiçəklərini iyləmək xəstəliyin əlamətlərini azaldır.
Qaraqınıq dəmlənmiş su ilə saçları yuduqda saçlar kəpəkdən xilas olur və tökülmənin qarşısı alınır.
Qaraqınıq otundan şampunların, sabunların hazırlanmasında geniş istifadə edilir.
Qaraqınıq bal verən bitkidir. O dekorativ bitki sayılır və ətrindən bir çox parfümeriya vasitələrinin hazırlanmasında istifadə edilir.

Qaraqınıq otunun zərərli xüsusiyyətləri

Hamiləlik zamanı qaraqınıq dəmləməsi içmək məsləhət görülmür. O uşaqlıq duvarında spazmların əmələ gəlməsinə səbəb ola bilir. Bu isə uşaqsalmaya səbəb ola bilər. Həddindən çox qaraqınıq dəmləməsi içmək kişilərdə cinsi zəifliyin meydana çıxmasına səbəb ola bilir. Mədə turşuluğunun çox olduğu zamanlarda və mədə-bağırsaq yaraları zamanı qaraqınıq dəmləməsi xəstəliklərin əlamətlərini artıra bilir. Yüksək təzyiqdən əziyyət çəkənlərə qaraqınıq yağı qəbul eləmək və ya iyləmək məsləhət görülmür.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}