“Azərbaycan ekoloji və su böhranı ilə üzləşib”

21:04 29.03.2023 921
“Azərbaycan ekoloji və su böhranı ilə üzləşib”

Prezident martın 28-də Məsim Məmmədovu Laçın rayonunda xüsusi nümayəndəsi təyin etməsi ilə əlaqədar qəbul edərkən, deyib ki, ölkənin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur: “Qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir… Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır”.

Prezident Əliyev Azərbaycanda hakimiyyətdə olduğu 20 il ərzində bu və buna bənzər ekoloji məsələlərlə bağlı dəfələrlə xəbərdarlıqlar edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Turan-a bildirilib ki, ötən il ərzində ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1024 akt, 2112 protokol tərtib olunub:

“Ümumilikdə bu şəxslərə qarşı 600 milyon 700 min manat məbləğində iddia qaldırılıb. 4 milyon 662 min manat vəsaitin Ətraf Mühitin Mühafizəsi Fonduna köçürülməsi təmin edilib. 680 müddətli göstəriş verilib”.

Nazirlikdən deyilib ki, qanunsuz ağac kəsiminə görə cəzaların artırılması ilə bağlı layihə aidiyyəti üzrə təqdim olunub və layihənin qəbulu gözlənilir:

"Cərimələrin 4-5 dəfə artırılması nəzərdə tutulub. Bu qərarın qüvvəyə minməsi ilə Bakıda vəzifəli şəxslər üçün 18-20 diametrində ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq. Hüquqi şəxslər üçün isə 8-12 diametrdə ağacın kəsilməsi cinayət məsuliyyəti yaradacaq, hətta həbs cəzası da verilə bilər”.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov da Turan-a bildirib ki, Prezident İlham Əliyev dəfələrlə məmurlar qarşısında bu məsələləri qaldırıb:

“Bildirib ki, məmurlar xalqa ləyaqətlə xidmət etməlidir, söyləyib ki, özü xalqın bir nömrəli xidmətçisidir, dövlət və xalq mənafeyi hər şeydən üstün olmalıdır”.

Deputat daha sonra deyib:

“Kənd təsərrüfatl torpaqlarının təyinatını dəyişib, şəxsi varlanma üçün obyektlər tikib, onlardan istifadə edirlər ki, bu da bizim ekologiyamıza təkcə ziyanla kifayətlənmir, eyni zamanda, insanları narazı salır. İnsanlar məmurlardan narazılıq edirlər və açıq şəkildə bunu bildirirlər. Ona görə, bu hallarla ciddi mübarizə aparılmalıdır”.

Nəsirovun sözlərinə görə, yerində olmayan məmurlar həbs edilir, onlar hüquqi müstəvidə cəzalarını alırlar, amma görünür ki, təkcə cəza mexanizmləri ilə istənilən nəticəni əldə etmək olmur:

“Bu istiqamətdə həm də çox ciddi kadr islahatlarına ehtiyac var. Kadrlar dərk etməlidilər ki, bu dövlət əhəmiyyətli torpaqlardır, onları mənimsəmək, şəxsi mənafeyi üçün istifadə etmək, ağacları kəsmək qəbuledilməzdir. Burada həm də maarifləndirməyə ehtiyac var”.

Onun fikrincə, xüsusilə gənc kadrlar yüksək vəzifələrə cəlb edilərkən, belə hallara nadirən rast gəlinir:

“Qarabağ və Şərgi Zəngəzur zonalarında Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir, onların gördükləri işlərdən cəmiyyət də razılıq edir. Deməli, kadrlar yerindədir. Cənab Prezidentin qaldırdığı bu reallıqlar fonunda yəqin ki, biz, növbəti dəfə çox ciddi kadr islahatlarına şahidlik edəcəyik”.

Ətraf mühit üzrə ekspert Cavid Qara "Azadlıq Radiosu"na bildirib ki, Prezidentin bu barədə danışması yaxşı göstəricidir:

“Amma indidən sonra ciddi bir fərq olacağı indiki şərtlərlə inandırıcı görünmür. Meşə qırğınları daxil olmaqla, bir sıra problemlər əvvəlki qədər kəskin deyil. Amma ümumi vəziyyət acınacaqlıdır. Azərbaycan ekoloji və su böhranı ilə üzləşib. Belə bir vəziyyətdə təkcə prezidentin bu barədə danışması təbiidir, amma bəs etmir”.

Ekspert qeyd edib ki, hətta Prezidentin Buzovna qayalıqlarının zəbtlərdən azad edilməsi ilə bağlı fərmanı da tam icra edilməyib:

“Yəni ki, danışmaq, hətta fərman vermək də bəs etmir. Siyasi iradə, vizyon və nəzarət lazımdır. İngilislər demiş, "too little too late", yəni, çox gec və çox az iş görülür”.

O, hesab edir ki, sözügedən neqativ halları törədən həm də məmurlardır:

“Məmur olaraq da vəzifələrini icra edə bilmirlər və məmurluqdan istifadə edib, biznes fəaliyyəti ilə məşğul olarkən dağıdıcı və çirkli işlərlə məşğul olurlar”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:30

Savadsız cəmiyyət dinə söykənər

11:23

Ən çox və ən az nikah qeydə alınan rayonlar...

11:02

İsmayıllıda zəlzələ baş verib

10:55

Polis əməliyyat keçirdi, 9 nəfər SAXLANILDI - FOTO

07:20

Toxunmayın qazilərimizə, onlar canlı şəhidlərdir!

21:56

DİN sürücülərə xəbərdarlıq etdi

21:50

SON DƏQİQƏ: Rusiya hərbi yük təyyarəsi İrəvana endi - KREML SUSUR

14:25

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi – İsrail KİV

12:04

"Respublika" və "Xalq" qəzetləri birləşdirldi - FƏRMAN

11:58

Ermənistandan açıqlama: Əbu-Dabi görüşü "Sülhün kəsişməsi" layihəsinə uyğundur

11:08

Ermənistanda rus əsgəri başından vuruldu

10:52

Bir daha Seyid Əzim Şirvani haqqında

22:19

AB-dən Əliyev-Paşinyan görüşünə reaksiya

22:12

Əliyev-Paşinyan görüşündə ümumi razılıq əldə olunub

13:33

Bakı və İrəvan Abu-Dabidə ortaq düşmənə qarşı birləşdi

12:57

Biz işdən çıxardırıq, məhkəmə geri qaytarır... - Emin Əmrullayev

12:47

Əliyev-Paşinyan görüşü - Sülh müqaviləsi olacaqmı?..

19:31

Hüquq müdafiəçisinin həbs müddəti uzadıldı

15:59

Azərbaycanın Ombudsmanından cavabı gözləyirəm - Moskalkova

13:25

Bankların kredit oyunu - Böyük məbləğlər, yüksək faizlər

13:19

Rusiya Ermənistana ordu yığır – Məqsəd...

13:30

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

13:12

DTX-dən təcili əməliyyat... Əhali diqqətli olsun

12:59

Azərbaycanlıları qoruyun! - Çeçen və rus xalqına çağırış - VİDEO

12:42

Qarabağa səfər müddəti artırıldı

12:36

Moskvada "miqrant ovu" davam edir - 500 nəfər saxlanıldı...

09:47

Türkiyədə şəhid olan hərbçilərin sayı artdı

19:45

Kreml həyasızlıq etdi, Əliyev 3 həftə dözdü, sonra... - Kopıtko

19:32

Pezeşkian türklərin ana dilində yazıb-oxumaq haqqını müdafiəyə qalxdı

13:28

Niyə Araz Ağalarov: Kreml Azərbaycana bağlı milyarderi girov götürüb?..

12:52

"Ordumuz qərbdədir, Bakını “yerinə oturtmaq" çətin olacaq"

12:04

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında... - FOTO

18:18

Rusiya OMON-un dəhşətləri - Zorakılıqlar dövlət sifarişidir

14:25

Rusiyalı deputat cinayətlərinə haqq qazandırır: Üzr istənməyəcək...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO