Niyə Araz Ağalarov: Kreml Azərbaycana bağlı milyarderi girov götürüb?..

13:28 3.07.2025 1 176
Rusiya ilə Azərbaycan arasında görünməmiş gərginlik fonunda Bakıya bağlı iş adamları yeni hədəfə çevrilir

Niyə Araz Ağalarov: Kreml Azərbaycana bağlı milyarderi girov götürüb?..

Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) iyunun 26-da Araz Ağalarov barəsində icraata başlaması elə ilk baxışda texniki məhkəmə proseduru təsiri bağışlaya bilər. Amma Musavat.com-un təhlil qrupuna görə bu “kartoteka” sənədlərinin arxasında çox daha böyük oyunlar gizlənir. Xüsusilə də, indiki mürəkkəb siyasi kontekstdə.

Formal səbəb borc mübahisəsi kimi təqdim edilsə də, prosesin zamanlaması və Kremlin son davranışları göstərir ki, məsələ təkcə maliyyə ilə məhdudlaşmır.

Araz Ağalarov kimdir?

O, təkcə 1,7 milyard dollarlıq sərvəti olan “Crocus Group” imperiyasının sahibi, Rusiyanın ən böyük tikinti, əmlak və infrastruktur baronlarından biri deyil. O həm də Azərbaycana bağlılığı ilə tanınan, köklərinə, kimliyinə, Azərbaycan dövlətinə və xalqına hər zaman açıq dəstək nümayiş etdirən azərbaycanlı milyarderdir. Bu illər ərzində Ağalarovların adı yalnız kommersiya layihələrində deyil, Azərbaycanın haqq işinin müdafiəsində, Qarabağ münaqişəsi dövründə Bakıya siyasi-mənəvi-maddi dəstək cəbhəsində də ön sıralarda olub.

Araz Ağalarovun oğlu — Emin Ağalarov bu bağlılığın daha canlı simvoludur. Emin təkcə Azərbaycan Prezidentinin nəvələrinin atası deyil; o, hazırda Bakı yaxınlığında – Abşeron yarımadasında “Sea Breeze” brendi altında çox böyük bir layihə gerçəkləşdirir. Eminin yaratdığı “Abşeron möcüzəsi” indi Özbəkistana da ixrac olunur.

Bu ailənin Azərbaycana sevgisi, regionda iqtisadi cəbhədəki fəallığı həm Rusiyanın, həm də Qərbin siyasi dairələrinin diqqətindən yayınmayıb.

Emin Ağalarov həm də Qarabağ müharibəsi dövründə, ondan sonra isə Ermənistanla bağlı məsələlərdə daim Azərbaycanın mövqeyini müdafiə edib, rusdilli informasiya məkanında erməni təbliğatına açıq şəkildə cavab verib. O, ötən günlərdə isə vəziyyətin həssaslığı fonunda çox mühüm iki addım atdı: birincisi, iyulun 6-da Rusiyanın Svetloqorsk şəhərində planlaşdırdığı konserti ləğv etdi, yeni tarix kimi isə düz 2026-cı il iyulun 5-ni göstərdi. İkincisi, iyulun 23-dən 26-dək Bakıda təşkil olunacaq beynəlxalq “DREAM FEST 2025” musiqi festivalının proqramından Rusiya iştirakçılarını tamamilə çıxartdı. Bu jestlər Kreml üçün olduqca qıcıqlandırıcıdır. Çünki Araz və Emin Ağalarovlar Rusiya vətəndaşlarıdır, rus pasportu daşıyırlar və Putin özünün “soydaş müdafiəsi” doktrinasını yalnız qonşu ölkələrə deyil, belə sərvət sahiblərinə də tətbiq etməyi “haqqı” sayır.

Kreml nədən qorxur?

Sual bəsitdir: niyə məhz indi, niyə məhz Araz Ağalarov?

Bunun bir neçə cavabı var:

* Azərbaycan-Rusiya münasibətlərinin soyuq müharibə həddinə gəlib çıxması.

Yekaterinburqda azərbaycanlıların xüsusi təyinatlılar tərəfindən amansız şəkildə qətlə yetirilməsi, ardınca Bakıda rus hakerlərin, narko-tranzit şəbəkəsi üzvlərinin sərt üsulla saxlanılması, Kremlin qaba diplomatik bəyanatları iki ölkə arasındakı münasibətləri son 30 ilin ən gərgin nöqtəsinə gətirib. Moskva indi Bakıya açıq mesaj vermək üçün onun ən zəif nöqtələrini axtarır. Və Araz Ağalarov kimi həm Rusiya, həm Azərbaycan biznes elitalarına bağlı milyarder bu iş üçün ideal hədəfdir.

* Putinin “soydaş kartı” və Kremlin “təzyiq diplomatiyası”.

Rusiya Ukraynada da “rusdilli əhalinin müdafiəsi” adı altında işğala başlayanda da bu kartdan istifadə etmişdi. İndi Kremlin əlinə Azərbaycanın iş dünyasında, diasporunda güclü fiqurlar üzərində təzyiq rıçaqları yaratmaq fürsəti düşüb. Ağalarovlar bu mənada həm soydaş, həm də “vasitəçi” kimi ikiqat diqqət mərkəzindədir.

* Tramp faktoru və beynəlxalq oyunda Ağalarovlar.

Araz və Emin Ağalarovların ABŞ prezidenti Donald Tramp ilə münasibətləri, “Miss Universe” müsabiqəsi vasitəsilə qurulan əlaqələr, Putin-Tramp xəttindəki vasitəçilik iddiaları Kremlin gözündə onları həm də beynəlxalq geosiyasi oyunların içində görməyə əsas verib. Bəzi analitiklərə görə, Putin üçün Ağalarovlar həm “əhəmiyyətli körpü”, həm də lazımi anda qurban veriləcək fiqurdur.


“Crocus City Hall” və terror zərbəsi

Unutmayaq ki, Ağalarovların sahibi olduğu “Crocus City Hall” 22 mart 2024-cü ildə dəhşətli beynəlxalq terrorun hədəfinə çevrilmişdi. Bu qətliamda ən azı 150 insan ölmüş, 551 insan yaralanmışdı. Rusiya hakimiyyəti bu hadisədə də onların zərərçəkmiş statusunu tanısa da, indi çox rahatlıqla eyni məsələlər üzərindən vergi, icra, yaxud “gözəgörünməyən” maliyyə yoxlamaları ilə təzyiq mexanizmi yarada bilər.

Girov siyasəti: Rusiya üçün adi mexanizm

Putini yaxından tanıyan müşahidəçilər dəfələrlə qeyd ediblər ki, o, lazım gəldikdə ən yaxın çevrəsini belə qurban verməkdən çəkinmir. Xüsusilə də region ölkələrinə təzyiq vasitəsi kimi sərvəti, ailəsi, biznesi Moskva ilə sıx bağlı olan oliqarxları “girov” götürmək onun ənənəvi strategiyalarındandır. Yəni bu prosesdə “mümkün deyil” deyə bir şey yoxdur.

Azərbaycana mesaj?

Belə situasiyada Ağalarov ailəsinin Azərbaycanla dərin iqtisadi, ailə və emosional bağları, Eminin Bakıda həyata keçirdiyi və dövlətin dəstəklədiyi meqalayihələr, onların Qarabağ və diaspor məsələsində açıq mövqeyi, Rusiya informasiya məkanında Azərbaycanı müdafiə edən mötəbər səslərdən biri olmaları Kremlin bu ailəni Azərbaycana qarşı təzyiq aləti kimi işlətməsi üçün kifayət qədər əsas yaradır.

Bütün bunların fonunda Rusiya mediasında Azərbaycana qarşı gedən qara piar kampaniyası, azərbaycanlı iş adamlarının “söz-söhbətsiz” saxlanılması, rus pasportu bəhanə edilərək Bakıya “sən qarışma” deyilməsi və Kreml çevrələrindən gələn isterik açıqlamalar böyük bir planın tərkib hissəsi kimi görünür.

Bu gün Araz Ağalarov və ailəsi həm Kremlin, həm də Bakının diqqət mərkəzindədir. O, həm Vladimir Putinin “dərin dövlət” mexanizmləri üçün lazımlı fiqur, həm də Azərbaycan üçün əhəmiyyətli strateji dəyəri olan diaspor təmsilçisidir. Rusiya istəsə, Ağalarovu məhkəmə, vergi, terror işlərindən zərərçəkmiş statusu, yaxud başqa onlarla qondarma səbəblə sıxışdıra, onun vasitəsilə Azərbaycan iqtisadi və siyasi elitasına dolayısı ilə təzyiq göstərə bilər.

Amma Moskva unutmamalıdır ki, Azərbaycan artıq 90-cı illərin ölkəsi deyil. Nə iqtisadi, nə siyasi, nə də beynəlxalq müstəvidə. Və bu gün Bakıda qəbul edilən qərarlar, müdafiə olunan vətəndaş şərəfi və milli qürur artıq heç bir postimperial şovinizmin diktəsinə uyğun gəlmir.

Kreml indi Araz Ağalarovu sadəcə bir iş adamı kimi deyil, Azərbaycanın yanında olan, onun iqtisadi layihələrini daşıyan, diasporun simasında milli kimliyini qoruyan və ən vacibi – Bakıya təzyiq üçün uyğun hədəf olan fiqur kimi görür.

Bu mənzərədə Araz Ağalarovun barəsində başlanan icraat, onun ailəsinə, imperiyasına yönələn risklər təkcə fərdi məsələ deyil. Bu, eyni zamanda Bakıya çox aydın mesajdır: “biz sizinlə bağlı olan milyarderlərinizi də asanlıqla hədəfə çevirə bilərik.” Amma Rusiya unutmamalıdır ki, bu artıq 90-cı illərin zəif Azərbaycani deyil. Azərbaycan artıq regionun aparıcı dövlətlərindən biridir, güclü iqtisadiyyatı, beynəlxalq müttəfiqləri, siyasi iradəsi ilə fərqlənir və heç kimdən icazə almadan öz vətəndaşını, diaspor nümayəndəsini və soydaşının hüququnu qorumağa hazırdır.

Beləliklə, Kreml Araz Ağalarovu sadəcə milyardlıq biznes imperiyasına görə deyil, həm də onun ailəsinin Bakıya dərin bağlılığına, Emin Ağalarovun Azərbaycana böyük sərmayələr cəlb edən və həmişə açıq şəkildə Azərbaycanı müdafiə edən mövqeyinə görə xüsusi nəzarətə götürə bilər. Putin üçün belə milyarderlər həm etibarlı alət, həm də lazım gələndə “sıxılacaq düymədir”. Azərbaycan üçün isə Araz və Emin Ağalarovlar sadəcə iş adamı yox, bu torpağın övladları, onun iqtisadi və mədəni layihələrinin daşıyıcısıdır.

Bu baxımdan Moskva yaxşı düşünməlidir: əgər regionda sabitlik və əməkdaşlıq istəyirsə, onun siyasəti təhdid və basqı yox, qarşılıqlı hörmət üzərində qurulmalıdır. Əks halda, tarixin harada hansı cavabı verəcəyi bilinməz… (Musavat.com)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}