Ermənistan XİN Əbu-Dabi görüşü ilə bağlı əlavə məlumat yayıb.Erməni KİV-ə istinadən xəbər verilir ki, açıqlamada Ermənistan Respublikasının Əbu-Dabidə keçirilən görüşü uğurlu hesab etdiyi vurğulanır.
Qeyd olunur ki, rəsmi İrəvan bu görüşün sülh prosesinin həyata keçirilməsi üçün ciddi əsas ola biləcəyini təsdiq edir.
Açıqlamada həmçinin vurğulanır ki, Əbu-Dabidə müzakirə olunan regional kommunikasiyaların açılması məsələsi Ermənistanın "Sülhün kəsişməsi" layihəsinə uyğundur.
Becan.az