Pensiyaçılar niyə “yoxa çıxır”? – SƏBƏB

21:25 3.04.2023 1 067
Pensiyaçılar niyə “yoxa çıxır”? – SƏBƏB

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunda 1 114,2 min pensiyaçı qeydiyyatda olub. Ölkə əhalisinin 11 faizini təşkil edən pensiyaçıların 62,5 faizi yaşa, 24,5 faizi əlilliyə, 13,0 faizi isə ailə başçısını itirməyə görə təqaüd alır.

Əvvəlki illərlə müqayisədə pensiyaçıların sayında azalma müşahidə edilir. Statistika Komitəsinin məlumatlarına əsasən, illər üzrə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı aşağıdakı kimi olub:

2019-cu il - 1.270.600 pensiyaçı; 2020-ci il - 1.228.000 pensiyaçı; 2021-ci il - 1.200.500 pensiyaçı; 2022-ci il - 1.114.200 pensiyaçı.

Göründüyü kimi, ötən il pensiyaçıların sayı 2021-ci illə müqayisədə 86 mindən çox, 2019-cu illə müqayisədə isə 156 mindən çox azalıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 372,1 manat təşkil edib və orta aylıq əməkhaqqının 44,3 faizinə bərabər olub. Əmək pensiyasının minimum məbləği 16,6 faiz artırılaraq, 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub.

Pensiya alan şəxslərin sayında azalma müşahidə olunması mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, bu məsələ bir çox amillə əlaqədardır:

“Ümumiyyətlə, pensiya ilə əlaqədar hələ keçən il azalma olmuşdu. Əvvəl pensiya yaşı 63 idi, daha sonra 65-ə qalxıb. Ona görə də müəyyən insanlar gözləməli olurlar. Üstəlik, əvvəllər haqqı olmadan pensiyaya düşənlər olub. İndi nazirlik tərəfindən onlarla bağlı yoxlamalar aparılır”.

Deputat qeyd edib ki, pensiya kəsilsə belə, onun əvəzində tədbir görülməlidir:


“Mən, bir neçə dəfə demişəm ki, əgər hansısa şəxsin pensiyasını ləğv edirsinizsə, onu bir başqa işlə təmin edin, yaxud müəyyən yardım ayırın. Bununla da onlar dolana bilsinlər. İnsanların buna ehtiyacı var”.

Bəs pensiya yaşı yenidən azaldıla bilərmi?

Vahid Əhmədov bu sualın cavabında deyib:

“Mən, hesab edirəm ki, yenidən bu məsələyə baxılmalıdır. Müzakirə olunmalıdır. Biz, beynəlxalq mətbuata, statistikaya baxırıq. Bu mübahisəli məsələdir. Ona görə də pensiya yaşının azaldılması məsələsini müzakirə etmək lazımdır”. (Modern.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO