İran Parlamentinin bəyanatı siyasi riyakarlıqdır - RƏY

20:39 5.04.2023 980
İran Parlamentinin bəyanatı siyasi riyakarlıqdır - RƏY

"İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi əsl siyasi riyakarlıq nümunəsidir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu cür çaşdırıcı bəyanatlarla İran yalnız fars mollakratiyasının dini istismar edən şovinistlərini aldada bilər:

"Ona görə ki, belə əsassız bəyanata yalnız onlar inanmaq istəyərlər. Nə İranda yaşayan milyonlarla soydaşlarımızı, nə də milyonlarla dindaş və məhzəbdaşlarımızı belə qabaqdangəlmiş bəyanatlarla aldatmaq olar. Dünyada yaşayan ən məzlum xalq heç də fələstinli qardaşlarımız deyil. Çünki onlar öz müstəqil dövlətlərini qurmaq üçün inamla mübarizə aparırlar və Azərbaycan da bütün beynəlxalq platformada fələstinli dindaşlarımızın haqlı davasında onları dəstəkləyir. Dünyanın ən məzlum xalqı molla rejimi altında əzilən İran xalqıdır ki, onların da içərisində ən məzlum və əzilənlər azərbaycanlılar, kürdlər, bəluclar, ərəblər - bir sözlə, qeyri-farslardır".


Deputat xatırladıb ki, fələstinlilərin öz dillərində təhsil almaq hüququndan başlamış, azad ibadət etmək haqlarına qədər bütün hüquqları tanınır:

"Ancaq aylardır ki, İranda mollakratiya tərəfindən zülmə məruz qalan müsəlmanlar öz haqlarını tələb etsə də onlara heç bir hüquq tanınmır. Tam əksinə, dar ağacına çəkilir, ağıla gəlməz işgəncələrlə ölümə məhkum edilirlər. Bu mənada İran parlamentinin Qüdsün işğalçı rejimi adlandırdıqları ilə Qərbi və Şərqi Azərbaycan əyalətlərinin, Zəncan əyalətinin və s. işğal edən mollakratiya arasında heç bir fərq yoxdur".

H.Babaoğlu söyləyib ki, Xoyda baş verən zəlzələdən sonra öz vətəndaşlarını aclığa, susuzluğa məhkum edən molla rejimi ilə faşistin heç bir fərqi yoxdur:

"Suriyada, İraqda məhzəb fərqini əsas gətirərək bayır-bucaq türkmənlərinin, minlərlə müsəlmanın qanını tökənlərin İslamdan və islamiyyətdən xəbəri belə yoxdur. Əsl zülm, bax, budur".


Milli Məclisin deputatı həmçinin vurğulayıb ki, Qarabağda 30 illik işğal dövründə müsəlman dindaşlarının və məzhəbdaşlarının mal-mülkünü talan edib, müsəlmanların haqqına girən fars-erməni ittifaqının zülmü dünyanın ən böyük cinayəti və zülmüdür:

"Nəhayət, Qafanda konsulluq açıb məhzəbdaşlarının qanını tökən Ermənistana dayaq olan İranın heç bir haqqı yoxdur ki, Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etsin. Biz ümid edirik ki, İran parlamentində olan soydaşlarımız və soydaşımız olmayan əsl mömin dindaşlarımız özləri İranın bu riyakar mövqeyini ifşa edəcək. Əsrlərdir bir arada yaşamış İran və Azərbaycan xalqlarının qardaşlığını pozmağa icazə verməyəcəklər".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO