Ya Azərbaycan Bayrağı altında, ya da çıxıb getmək! - Prezident

10:29 19.04.2023 839
Ya Azərbaycan Bayrağı altında, ya da çıxıb getmək! - Prezident

Əliyev Xankəndinə açıq mətnlə mesaj göndərdi. Separatçıların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

Və onları “təlxəklər toplusu” elan etdi. Tanış mənzərədir: 44 günlük müharibədə Paşinyanla eyni tonda danışan Əliyevin indi separatçılara verdiyi ad ritorika yox, atılacaq addımların anonsu hesab oluna bilər.

Prezidentin bundan öncə də belə mesajları olub, lakin mövcud vəziyyət fonunda indi dediklərini fərqli oxuya bilərik: son əməliyyatlardan sonra separatçıların xarici aləmlə nəzarətsiz bağlantısı qalmayıb və özləri bildirirlər ki, Bakı onlara “ya reinteqrasiya prosesi ilə razılaşmaq, ya da daha çox çətinlik” şərtini elan edib. Əliyevin “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar” sözləri də bunu təsdiq edir.

Azərbaycan Xocalı görüşü, ardınca iki dəfə Bakıda görüş təklifi ilə reinteqrasiyanın alternativinin olmadığını fikrini formalaşdırdı, xüsusilə təmasların qurulmasını istəyən Qərb qarşısında, həm də erməni əhalisi ilə separatçıların eyni olmadığını nümayiş etdirdi. Araikin “Qərbdən verilən dəstək böyük ölçüdə azalıb” sözləri bu kontekstdə təsadüfi deyil və bu, o deməkdir ki, təmasları dəstəkləyən qüvvələr buna əngəl olanların neytrallaşdırılmasından yanadır. Bu, Bakının önünü açır.

Bunun fonunda Rusiyanın Lavrovun Ankara səfərində adlandırdığı “kənar qüvvələrə” qarşı Türkiyə ilə birləşmək istəyi də Bakının əlini gücləndirən məqamdır. Moskva bölgədə qalmaq üçün Qarabağ kartından istifadə etmək siyasətindən əl çəkməsə də, şərtlər geri çəkilməsi reallığını yaradıb.

Separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” həm də düşdükləri vəziyyətdən çıxmaq məqsədi daşıyırdı. Bakı buna cavab verməyib, mümkündür ki, sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifini elan edəcək, ardınca praktiki addımların atılmasına başlanacaq, həm hərbi, həm də separatçılar üçün şərtlərin ağırlaşdırılması müstəvisində.

Qərb və Rusiya masasında planlaşdırılan mümkün görüşdən öncə Əliyevin verdiyi mesaj Bakının Xankəndi məsələsini – separatçıların neytrallaşdırılmasını masaya gətirəcəyi gözləntisini də önə çıxarır.

Bunu şərti olaraq, “Xankəndi əməliyyatı” adlandıra bilərik: bu əməliyyatda diplomatik, siyasi və iqtisadi rıçaqlar həlledici rol oynayacaq.

Asif NƏRİMANLI
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO