TƏCİLİ : İran Azərbaycanda yeni qanunsuz təşkilat yaradır - VİDEO
Siyasət / Manşet
11:1419.04.2023 811
İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxtibatlar hazırlamaqda davam edir.
Musavat.com xəbər verir ki, Molla Rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib. Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan bəzi teleqram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.
Qeyd edək ki, onlar "Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı"nın yeni mərkəzinin açılışına hazırlaşırlar.
Ümid edirik ki, molla rejiminin bütün şəbəkələrini ifşa edən Azərbaycanın təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanları bu təşkilatı və üzvlərini də ifşa edəcək.