Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının maddi-texniki təminat (MTT) bölmələri təlim keçiriblər.
Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, mütəxəssislər yüksək dağlıq poliqonları olan Alagöz və Kəmxudda bölmələrin yanacaq-sürtkü materialları ilə təmin olunmasının hərəkətlilik və səmərəlilik göstəricilərini artırıblar.
Qeyd edək ki, son günlər Rusiya hərbçiləri Ermənistanda aktiv hərbi təlimlər keçirirlər. Dağlı ərazilərdə keçirilən təlimlərə artileriya, aviasiya, xüsusi təyinatlı qüvvələr də cəlb edilir.(Yenixeber)