AXC - 108

12:25 28.05.2026 2 919
AXC - 108

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür.

Şərqdə ilk parlament ölkəsi olan milli dövlətimizin ildönümü münasibətilə bəzi vacib tarixi məlumatları paylaşırıq.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) — 28 May 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmiş Milli İstiqlal Bəyannaməsi (İstiqlal Bəyannaməsi) ilə yaradılıb.

​AXC tək Azərbaycanın deyil, bütövlükdə Şərqin və İslam dünyasının ilk demokratik, hüquqi və dünyəvi cümhuriyyətidir.

AXC-nin yaradılmasında və fəaliyyətində Məhəmməd Əmin Rəsulzadə (Milli Şuranın sədri), Fətəli xan Xoyski (ilk baş nazir), Əlimərdan bəy Topçubaşov (Parlamentin sədri) kimi dahi şəxsiyyətlərin misilsiz xidmətləri olub.

​İlk dövrdə Bakı işğal altında olduğu üçün cümhuriyyətin müvəqqəti mərkəzi Gəncə şəhəri olub. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildikdən sonra hökumət Bakıya köçüb.

​İrqindən, dinindən, sinfindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilib(Azərbaycan qadına seçki hüququ verən ilk ölkələrdən biridir).

​Ölkə əhalisinin əksər hissəsini təşkil edən türk millətinin çoxluğu nəzərə alınaraq "Türk dili"(Azərbaycan türkcəsi) dövlət dili elan olunub, milli ordu yaradılıb və Bakı Dövlət Universiteti təsis edilib.

​Üçrəngli bayraq(mavi - türkçülük, qırmızı - müasirlik, yaşıl - islamçılıq) dövlət bayrağı qəbul edilib.
​
Cəmi 23 ay yaşayan AXC, 28 Aprel 1920-ci ildə Bolşevik Rusiyasının (XI Qırmızı Ordunun) Bakını işğal etməsi nəticəsində süqut edib.

​Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, AXC Azərbaycanın müstəqillik tarixinə silinməz izlər qoyub və bugünkü müstəqil Azərbaycan Respublikası özünü AXC-nin hüquqi varisi elan edib.

Cümhuriyyət qurucularına Allahdan rəhmət diləyirik!

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}