Ukrayna hakimiyyəti Fransadan Belarus ərazisinin rəqəmsal xəritəsini istəyib.
Bu barədə "Le Monde" qəzeti xəbər verib. Nəşr yazıb ki, Fransa Ukraynanın tələbini yerinə yetirməkdən imtina edib. Məlumata görə, rəqəmsal xəritələr ərazini daha yaxşı tanımağa imkan verir. Belə xəritələrdə yüksək gərginlikli xətlər və ya külək turbinləri, habelə pilot üçün təhlükə yarada biləcək hərbi texnika kimi maneələr qeyd olunur. Bütün bu məlumatlar döyüş təyyarələri və ya dronların aşağı hündürlükdə tapşırıqları yerinə yetirməsi üçün vacibdir.
“Le Monde” jurnalına müsahibə verən ekspertin fikrincə, peyklərdən istifadə etməklə yaradılan və daim yenilənən xəritələr ukraynalılara Rusiyaya olduğu kimi, Belarusa da zərbə imkanları yarada bilər.
Rəsmi Paris bildirib ki, söhbət Ukrayna ərazisinin qorunmasından gedirsə, Fransa Ukraynanı daim dəstəkləyəcək, lakin başqa dövlətlərin ərazisində əməliyyatlarda iştirakdan söhbət gedə bilməz.(Bakıpost)