Dığ yaşayış məntəqəsi istiqamətində erməni hərbçisinin yaralanması yalandır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Aprelin 29-u saat 18:05 radələrində guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - deyə, məlumatda qeyd olunub.
Becan.az