İkitərəfli görüş "konstruktiv" olub - Dövlət Departamenti

21:31 1.05.2023 985
İkitərəfli görüş "konstruktiv" olub - Dövlət Departamenti

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr “çox konstruktiv olub”.

Bunu bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər. Bu barədə "Turan"ın Vaşinqton müxbiri xəbər verir.

Nazirlər ilk dəfədir ki, bir neçə günlük dialoq üçün bir araya gəliblər. Dövlət katibi Entoni Blinkenin bu gün səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşləri olub.

ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ-ın öhdəliyi “Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir”.

“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik", - deyə, rəsmi "Turan"ın danışıqların vaxtı ilə bağlı sualına cavab verib.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən digər yüksək rütbəli rəsmisi qeyd edib ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələrinin “həll yolu axtarmaq üçün birbaşa və səmimi müzakirələr aparacağına” ümid edir və gözləyir.

ABŞ özünü danışıqlar üçün platforma təmin etməklə məhdudlaşan ölkə kimi sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barədə planları var? - sualına Dövlət Departamentinin sözçüsü belə cavab verib:

“Məqsədimiz danışıqlar üçün platforma təqdim etməkdir. Ikitərəfli müzakirələr və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün birlikdə iş görülmüşdür. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt və qürurluyıq”.

ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı suala cavab olaraq, Dövlət Departamentinin digər rəsmisi deyib ki, "ruslar bunu mənfi qəbul etsələr, məyus olarıq”.

Rəsmilərin dediyinə görə, ən vacibi tərəflərin harada baş verməsindən asılı olmayaraq - Vaşinqtonda, Brüsseldə və ya Moskvada - bir-biri ilə əlaqə qura bilməsidir.

“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, - deyə, Dövlət Departamentinin həmin sözçüsü fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO