Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmadı

19:49 9.01.2023 2 064
Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmadı


Bakı Apelyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxılıb.

Yanvarın 9-da hakim Habil Məmmədovun sədrliyi ilə qapalı keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev özü də iştirak edib.

Apelyasiya şikayəti Xətai rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından verilib. Bəxtiyar Hacıyevin vəkilləri onun ev dustaqlığına buraxılması üçün bu məhkəməyə vəsatət vermiş, lakin hakim Sülhanə Hacıyeva vəsatəti təmin etməmişdi.

İctimai fəal Apelyasiya Məhkəməsindəki çıxışında bildirib ki, o, dekabrın 15-dən başladığı aclığı ayın 28-də dayandırmaqla ona qarşı qərəzin dayandırılması üçün qarşı tərəfə imkan yaradıb. Onun sözlərinə görə, o vaxtdan ötən müddət göstərdi ki, qarşı tərəf qərəzindən əl çəkmək niyyətində deyil: “Ona görə bu məhkəmə də şikayətimizi təmin etməsə, yenidən aclığa başlayacağam. Çünki mənə qarşı qərəz davam edir. Bu dəfə aclığı sona qədər davam etdirəcəm”.

Bəxtiyar Hacıyev bildirib ki, ona qarşı irəli sürülmüş məhkəməyə hörmətsizlik, xuliqanlıq ittihamları absurddur. Onun sözlərinə görə, əsl məhkəməyə hörmətsizlik onun barəsində çıxarılan qərarlarıdır.

İctimai fəal barəsindəki yüngülləşdirici hallardan da danışıb:

“Mənim azyaşlı pişiklərim var. Məsələn, himayəmdə 6 pişiyim var. Üçü südəmərdir...”

Məhkəmədə iştirak edən müstəntiq Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına etiraz edib və apelyasiya şikayətinin təmin olunmamasını istəyib.

Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Bundan sonra Bəxtiyar Hacıyev yenidən aclığa başladığını, bu dəfə sona qədər davam edəcəyini bildirib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}