Ukrayna XİN Ermənistan və Mərkəzi Asiya liderlərinin Moskvadakı parada qatılmasını "əxlaqsızlıq" adlandırıb

22:21 9.05.2023 1 298
Ukrayna XİN Ermənistan və Mərkəzi Asiya liderlərinin Moskvadakı parada qatılmasını "əxlaqsızlıq" adlandırıb

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistanın Baş nazirinin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin mayın 9-da Rusiyanın paytaxtı Moskvada Qızıl meydanda Qələbə Gününə həsr edilən təntənəli hərbi paradda iştirakını amoral və qeyri-dost addım hesab edir.

Bu barədə xarici siyasət idarəsinin bəyanatında bildirilib.

“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”, - bəyanatda deyilib.

Qeyd olunub ki, sözügedən paraddan öncəki gecə Rusiya Ukrayna torpaqlarında daha çox insan tələfatına və daha çox dağıntıya yol açmaq üçün Ukraynaya, 15-i Kiyevə olmaqla, 25 qanadlı raket atıb.

Bundan əlavə, XİN Moskvada keçirilən tədbirin iştirakçılarına Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsində “onuncu ildir ki, iştirak edən” Rusiya hərbi texnikasının nümayiş etdirilməsinə diqqət çəkir.

“Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri misli görülməyən miqyasda savaşa başlaması ilə öyünən hərbi cinayətkarın yanında ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addım, həmçinin yaşam və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sayğısızlıq kimi dəyərləndiririk”, - XİN bildirib.

Xatırladaq ki, mayın 9-da Moskvada İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində Qələbə Günü münasibətilə keçirilən paradda yalnız keçmiş SSRİ ölkələrinin adıçəkilən liderləri, o cümlədən, Belarus Prezidenti Aleksandr Lukaşenko edib. Sonuncu Ukraynanın bəyanatında ümumiyyətlə anılmayıb.(Report)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

12:29

Südün, yumurtanın da qeydiyyatı aparılacaq

11:01

Qoyunlardan qırxılmış yunlar da qeydiyyata alınacaq

10:49

Güllü Muradovanın əri həbs edildi

10:43

Ərdoğanın müavini həbs edildi

12:50

Sosial müavinətlər artırılacaq

12:46

Ərdoğan Azərbaycana gəlir

12:32

Bu kateqoriyalı torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

11:41

ABŞ-da demokratlar qalib gəlir - SEÇKİ

11:25

Günün ikinci yarısından hava dəyişəcək - XƏBƏRDARLIQ

11:19

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

10:51

Kürdəmir xəstəxanasında MƏNİMSƏMƏ: cinayət işi açıldı

13:56

Bu sürücülər də imtahan verəcək

13:48

Türkiyədə İlham Əliyevin adından yayılan fikirlərə cavab...

13:39

Ərdoğandan Azərbaycanla bağlı yeni jest...

09:27

Ukrayna "Geran-4"lərin 60 faizini məhv edir

11:22

İranla atəşkəs vaxt itkisidir - Tramp

11:09

Özümüzü istənilən çətinlikdən qorumalıyıq - İlham Əliyev

10:59

Adam öldürənlər əvvəlcədən axtarışda imiş...

10:39

Azərbaycançılıq qələbəmizin rəmzinə çevrilmişdi - İlham Əliyev

09:28

Ərdoğan türk birliyinə diqqət çəkdi

13:06

Prezident yeni fərman imzaladı

12:09

Qətl baş verən davada deputat oğlu da iştirak edib

12:06

Ərdoğan Əliyevi şəxsən dəvət edib

11:03

Bakıda kafedə kütləvi dava: ölən var

19:23

Batan gəmidəki azərbaycanlılar xilas edilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}