Putini həbs etmək mümkünmü?..

20:05 18.03.2023 1 247
Putini həbs etmək mümkünmü?..

Ötən gün Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Bu barədə Haaqa məhkəməsinin saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Bildirilib ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib. Əlavə edilib ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.

Bəs, Vladimir Putin Beynılxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs edilə bilərmi?

Britaniyanın “Daily Mail” nəşri xəbər verir ki, Putin Sudanın sabiq lideri Ömər əl-Bəşir və Liviyanın başçısı Müəmmər Qəddafidən sonra BCM-nin həbsinə order verdiyi üçüncü prezident, BMT Təhlükəsizlik Şurasına daimi üzv olan beş ölkədən brinin isə ilk lideri olub.

Nəşr yazır ki, BCM-nin orderinə əsasən Vladimir Putin bundan sonra 123 ölkəyə gedə bilməz. Həmin ölkələr arasında Gürcüstan və Tacikistan, o cümlədən Venesuala da var. Əgər Putin adıçəkilən ölkələrə getsə, onlar Rusiya Prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməlidirlər .

Lakin Kreml bu gün məhkəmənin qərarını “qeyri-qanuni və qəbuledilməz” adlandırıb. Moskva məhkəmənin yurisdiksiyasını tanımadığından, BCM-nin Rusiya ilə bağlı istənilən qərarının “hökmsüz” olduğunu bildirib.

“Daily Mail”-ə görə, Rusiyanın bu mövqeyi istər-istəməz Putinin necə həbs oluna biləcəyi ilə bağlı suallar doğurur və yaxın vaxtlarda beynəlxalq tribunalın qurulacağını istisna edir.

BCM-nin Prezidenti Piotr Hofmanski etiraf edib ki, məhkəmənin hakimləri orderlər versə də, onların icrası beynəlxalq ictimaiyyətin üzərinə düşür.

Məlumatda qeyd olunur ki, Beynəlxalq cinayət ədalət mühakiməsinin Roma Statusu sisteminə əsasən, məhkəmənin orderlərini icra etmək üçün öz polis qüvvəsi yoxdur. Üstəlik, BMC-nin səlahiyyətini aldığı Əsasnamə qiyabi məhkəmələrin keçirilməsini istisna edir, yəni Putin şəxsən mühakimə olunmalıdır.

Putinin həbs olunma ehtimalı çox az olsa da, var. Putin xaricə səfər edərsə, BCM-nin həbs qərarına dair sistematik xatırlatmalar üzv ölkələrə göndəriləcək. Üzv ölkə əməkdaşlıq etmək tələbini yerinə yetirməsə belə, Putin birbaşa məhkəməyə gətirilə bilər.(Yenixeber)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO