Tiflisdə Rusiya ilə birbaşa aviaəlaqələrin bərpası əleyhinə aksiya keçirilib.
Xəbərə görə, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan etirazçılar müxtəlif plakatlar qaldırıblar. Onlardan birində
“Rusiya işğalçıdır” yazısının olması diqqət çəkib.
Qeyd edək ki, Rusiya tərəfi Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və Gürcüstanla birbaşa uçuşların bərpası ilə bağlı qərar verib.
Becan.az