Ermənistan ordusunun təxribata cəhd edən 2 hərbçisi zərərsizləşdirilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan biri ölüb, digəri yaralanıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.
Düşmənə məxsus pilotsuz uçuş aparatı isə müdafiə qüvvələrimiz tərəfindən zərərsizləşdirilib.
Becan.az