Rusiyanın Kalininqrad şəhərinin adı dəyişdirilib.
Xəbər verilir ki, bu haqda Latviya Dövlət Dil Mərkəzi açıqlama verib.
15 may tarixli qərara əsasən, şəhərin adının “Karalauci” və ya “Köniqsberq” tarixi adları kimi istifadə edilməsinə qərar verilib.
Qeyd edək ki, Kalininqrad polyak dilində “Kroleviec”, litvada “Karaliaucius”, latışca “Karalauci” kimi tanınır.
Sözügedən bölgə Almaniya tarixində “Köniqsberq” adlanır.
Polşa respublikası da mayın 9-da Kalininqradın adının “Kroleviec” kimi istifadə edilməsinə qərar verib.
Bu qərarlardan sonra Litvanın da bənzər addım atması gözlənilir.
Becan.az