Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Səbuhi Əhmədovun adı verilib.Bu barədə Xətai Rayon İcra Hakimiyyətindən (RİH) KİV-ə bildirilib.
Məlumata görə, "Abidə" küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.
Bildirilir ki, Xətai rayonu ərazisində 3 küçəyə Vətən müharibəsi şəhidləri Rəcəb Məmmədov, Kəmaləddin Məmmədzadə və Səbuhi Əhmədovun adları verilib.
Ümumilikdə isə rayon ərazisində 17 küçənin adı dəyişdirilib.
Becan.az