“Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.
Xəbər verliir ki, bu barədə Dövlət Turizm Agentliyinin kollegiyası qərar qəbul edib.
Mehmanxanalar təqdim edilən xidmətlərin keyfiyyət səviyyəsinin müvafiq ulduz dərəcəsinə mütənasibliyini göstərən kateqoriyalar üzrə təsnifatlaşdırılır.
Mehmanxanaların ulduz dərəcələri aşağıdakı izah olunur:
1* - Nömrə fondunun və digər zonaların işlək və təhlükəsiz vəziyyətdə olan avadanlıqlar və mebel ilə təchiz edildiyi, gündəlik təmizliyin təmin edildiyi aşağı büdcəli mehmanxana;
2* - 1* dərəcəsini təsvir edən tələblər ilə bərabər səhər yeməyinin çeşidli şəkildə təqdim edildiyi aşağı büdcəli mehmanxana;
3* - 2* dərəcəsini təsvir edən tələblər ilə bərabər keyfiyyətli mebel və avadanlıqların olduğu və komfortun təmin edildiyi mehmanxana;
4* - 3* dərəcəsini təsvir edən tələblər ilə bərabər, ən azı 3-dən çox müxtəlif növ xidmətlərin və komfortun təmin edildiyi mehmanxana;
5* - 4* dərəcəsini təsvir edən tələblər ilə bərabər, dəbdəbəli dizayn və təchizata malik olan və komfortun təmin edildiyi mehmanxana.Becan.az