İran hökuməti yanacaqdoldurma məntəqələrinə yanacağın qiymətinin qaldırılacağı ilə bağlı xəbərdarlıq edib.Bakupost.az xəbər verir ki, bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat yayıb.
Bəzi mənbələrə görə, yanacağın qiyməti 15 dəfə qaldırılacaq.
Yanacaq qiymətlərinin artım xəbərlərindən sonra Tehranda ilk toqquşmalar başlayıb.
Qeyd edək ki, İranda yanacağın qiyməti sonuncu dəfə - 2019-cu ildə bu həddə qaldırılıb. O zaman bununla əlaqədar olaraq 21 şəhərdə rejim əleyhinə kütləvi etirazlar keçirilib.
Həmin etirazlarda ölən və yaralananlar barədə İran höküməti rəsmi məlumat verməsə də, “Röyter” agentliyi 1500 nəfərin rejim qüvvələri tərəfindən qətlə yetirildiyini bildirib.