Putini devirmək planı - İDDİA

17:29 30.05.2023 863
Putini devirmək planı - İDDİA

Ötən ay naməlum şəxslərin Kreml Sarayına pilotsuz uçuş aparatları ilə hücumu və bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putinin Gelencik vilayətindəki malikanəsi yaxınlığında ukraynalı təxribatçının partlamağa hazır sursatla yaxalanması Rusiya təhlükəsizlik bölmələrində təşviş yaradıb və Putinə qarşı mümkün hücum üçün ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Musavat.com xəbər verir ki, bu gün Qərb mediasında diqqətçəkən iddia ortaya çıxıb.

Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Strelkov iddia edib ki, “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin Putinin çevrəsindən olan komanda ilə hərəkət edərək, Rusiya liderini devirmək məqsədi güdür.

Strelkov Vaqner əsgərlərinin Ukraynanın Baxmut şəhəri ətrafındakı döyüş bölgəsindən geri çəkildiyini xatırladıb və Priqojinin Putini devirmək üçün bu əsgərlərdən istifadə edə biləcəyini önə sürüb.

O, “Vaqner” rəisinin bəzi ordu və dövlət elitalarına müharibə elan etdiyini və bunu "tək" edə bilməyəcəyini, yanında yaxın birinin olduğunu bildirib.


Rusiyanın 2014-cü ildə Krımın və Donbasın bir hissəsinin ələ keçirilməsində də mühüm rol oynayan keçmiş FSB əməkdaşı İqor Strelkov indiyə qədər Putinin yaxınlığında çox güclü çevrənin olduğuna, lakin mövcud vəziyyətin pisləşməyə başladığına diqqət çəkib.

“Əgər Priqojin "Vaqner"in başında qalsa, üsyan tez və köklü şəkildə baş verəcək. Bundan sonra, xüsusən də “Vaqner” geri çəkildikdə nə olacağını bilmirəm. Çevriliş təhlükəsi aydındır. Ölkədə daxili siyasi vəziyyət ən geci yayın sonuna qədər tanınmayacaq dərəcədə dəyişə bilər”, - Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri qeyd edib.

O, Putinin əleyhinə olan rus partizanlarının Belqorod bölgəsinə son hücumlarına diqqət çəkərək, inqilab olacağını qeyd edib.

Qeyd edək ki, bir müddətdir muzdlu hərbi qruplaşma olan “Vaqner”in lideri Yevgeni Priqojin ilə Kreml administrasiyası arasında gərginlik yaşanır.

Vaxtilə Rusiya prezidenti Putinə yaxınlığı ilə tanınan və “Putinin aşpazı” adlandırılan “Vaqner”in lideri Yevgeni Priqojin son aylarda Rusiyanın yüksək rəhbərliyinə qarşı verdiyi sərt açıqlamalarla gündəmə gəlib.

Qərb mediası Priqojinin açıqlamalarının Kremllə Vaqner arasındakı böhranın sübutu olduğunu yazır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO