İranlı ekspertlər rəsmi İrəvanın Qarabağ və anklavları Azərbaycanın bir hissəsi kimi tanımasını Ermənistanın intiharı olaraq dəyərləndirir. Globalinfo.az xəbər verir ki, bunu Tehranın Erməni Dat Komitəsinin sədri İsak Yunanesyan deyib.
O, anklavlar məsələsinin İranda ciddi tənqidlərə səbəb olduğunu bildirib:
“Fars mediası və ekspertləri bu addımı çox sərt tənqid edirlər. Xüsusilə anklavlarla bağlı məsələni vurğulayırlar. Bildirirlər ki, anklavların (xüsusilə Kərki kəndinin – red.) Azərbaycana qaytarılması İran və Ermənistan arasındakı yolu təhlükə altında qoyur”.