İrəvanda “Respublika Meydanı” metrostansiyasının divarından “böyük Ermənistan”ın xəritəsi yığışdırılıb.
Becan.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.
Həmin fotolardan görünür ki, “böyük Ermənistan”ın xəritəsinin yerinə reklam monitoru yerləşdirilib.
Lakin xəritənin yığışdırılma səbəbi açıqlanmayıb. Görünür, Ermənistan rəhbərliyi xam xəyallarının gerçəkləşməyəcəyini anlamağa başlayır.