Antalyada 18-ci dəfə təşkil edilən Beynəlxalq Antalya Qum Heykəl Festivalı 'Kosmos macərası' mövzusu ilə qapılarını ziyarətçilərin üzünə açıb.
Bakupost.az xəbər verir ki, fantastik festivalda 10 min ton qumdan istifadə edilərək yaradılmış əsərlər nümayiş etdirilir.
Həmin əsərlərin 10 fərqli ölkədən 25 heykəltaraş və 15 texniki qrup tərəfindən hazırlandığı bildirilib.
İyunun 1-də başlayan festivalda, ötən illərdəkilərlə birgə, 150-dən çox əsər sərgilənir.
Həmçinin, indiyədək kosmosa göndərilən ilk raketlərin miniatürləri də hazırlanıb.
Becan.az