İngiltərənin “Sky News" xəbər agentliyi İranın Rusiyaya silah satışına dair sənədləri yayıb.
Bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat verib.
Agentlik, İranın Ukraynada müharibə üçün Rusiyaya silah satışı barədə sənəd imzaladığını iddia edib.
Əldə edilən sənəd 14.09.2022-ci il tarixli 16 səhifəlik silah satışı müqaviləsidir.
Müqavilənin 1 milyon dollardan artıq artilleriya mərmiləri, tank və raket satışını nəzərdə tutduğu bildirilib.
Həmin sənədin may ayında İngiltərəyə səfəri zamanı Ukrayna baş naziri Denis Şmıqala və İngiltərənin xarici işlər naziri Ceymz Klorliyə göstərildiyi qeyd olunub.
Kiyev və London isə bu məsələnn araşdırılacağını və müvafiq tədbir görüləcəyini bildiriblər.
Becan.az