Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Seymur Mərdəliyev etimadnaməsinin surətini Ukraynanın xarici işlər nazirinin müavini Yevgeni Perebyinisə təqdim edib."Report" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyi feysbuk hesabında məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı Sərəncamla Seymur Qurban oğlu Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.