Xəbər verdiyimiz kimi, dünən tanınmış jurnalist, “Moderator.az” saytının rəhbəri Zülfüqar Hüseynzadə Kəlbəcərdə 52 yaşında vəfat edib.Xəbər verilir ki, jurnalistin vəfatı ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında paylaşım edib.
O, paylaşımınmda qeyd edib:
“Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu”.Becan.az