Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkla görüşüb.
Bu barədə Hikmət Hacıyev "Twitter" hesabında paylaşım edib.
“Avropa İttifaqı Siyasi məsələlər və Təhlükəsizlik Komitəsində üzv dövlətlərlə səmimi və açıq fikir mübadiləsinə görə Delfin Pronka təşəkkür edirəm”, - deyə, paylaşımda qeyd olunub.
Becan.az