ABŞ prezidenti Co Bayden evində gələcək təhqiqatlar üçün əsas ola biləcək bəzi gizli sənədləri saxladığını gizlətməyib...
BECAN.AZ xarici mətbuata əsasən xəbər verir ki, Bayden sənədlərin şəxsi kitabxanasında saxlanıldığını etiraf edib. Qeyd edək ki, Baydenin, mülki şəxs olduğu zaman, həmin sənədləri evində saxlaması qanuna ziddir.
Sənədlər Baydenin ABŞ-ın vitse-prezidenti olduğu, Barak Obamanın isə dövlət prezidenti postunu tutduğu dövrə aiddir.
Bildirilir ki, şəxsi vəkillər dünən axşam yoxlamanı başa çatdırıblar. Axtarışdan sonra Bayden deyib ki, şəxsi evindəki kitabxanasında az sayda məxfi sənədlər tapılıb.
ABŞ prezidenti gələcəkdə bu mövzuda daha ətraflı danışacağını bildirib. Bundan əlavə, o, artıq araşdırmaya başlayan Ədliyyə Nazirliyi ilə əməkdaşlığı davam etdirəcəyinə söz verib.
BECAN.AZ