"Gədəbəydə sianidin qoxusunu aydın hiss edirdik"

17:13 23.06.2023 1 185
"Gədəbəydə sianidin qoxusunu aydın hiss edirdik"

Gədəbəy rayonunun Söyüdlü kəndində etirazlara səbəb olan qızıl mədəninin kimyəvi tullantılarının yığıldığı göl ətraf ərazilərə təhlükə yaradır.

Sakinlər gölün qurudulması və ərazinin təmizlənməsi üçün mübarizə aparırlar. Bildirirlər ki, zəhərli göl insan sağlamlığına, mal-qaranın və əkin-biçinin normal inkişafına mane olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidəki monitorinq qrupu isə gölün ətraf mühit üçün təhlükə törətmədiyini bildirib.

Bəs, mineralın yuyulması üçün istifadə edilmiş kimyəvi zəhərlə dolu süni gölün suyu necə təmizlənəcək?

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Bakupost.az-a açıqlamasında bildirib ki, Gədəbəydə qızıl istehsalı 19-cu əsrin ortalarından başlayıb, müstəqillik əldə edəndən sonra isə Böyük Britaniyada Cənubi Azərbaycanlının rəhbərlik etdiyi bir firma burada yenidən qızıl çıxarmağa başlayıb:

"Gədəbəydə bu iş iki yataq hesabına görülürdü. Qızılın istehsalı iki üsulla aparılır. Birincisi, şaxta üsuludur. Yəni, quyu qazılır. Bu zaman tullantılar az olur. İkinci üsul asma üsuludur. Burda tullantılar daha çox olur. Əvvəllər Gədəbəydə həddindən çox qida ehtiyatı vardı. Amma indi onların bir hissəsi artıq sıradan çıxıb. Qızıl istehsalının ilkin variantı olan torpağın yuyulması prosesi qorxulu deyil. Qızıl ağır element olduğuna görə tərkibində xeyli başqa maddələr var. Problem bu maddələrin təmizlənməsi zamanı yaranır. Təmiz qızıl 99,9 almaq üçün çən üsulundan istifadə olunur. Təmiz qızıl almaq üçün sianid adlanan maddədən istifadə olunur. Sianid tez buxarlanan və isti havada tez parçalanan bir maddədir. Tənəffüs yolu ilə bədənə daxil olur və çox ağır nəticələr yaradır. Sianid ən zəhərli maddələrdən biridir. Ancaq ondan istifadə dünyada qəbul olunmuş texnologiyadır. Qızıl çıxarılarkən bundan başqa yol yoxdur”.


Ekoloq qeyd edib ki, sianid maddəsi ağciyərə daxil olmaqla müxtəlif fəsadlar törədə, o cümlədən, ağır xəstəliklərə yol aça bilər:

“Gədəbəydə tullantı suları yığılan gölün sahəsi təxminən 67 hektardır və onun kənara zəhərli maddələr hopdurmaq imkanı məhduddur.
Sianidin buxarlanıb havaya qalxması çox təhlükəlidir. Sianid maddəsi insan və heyvan orqanizminə nəfəs yolu ilə keçə bilər. Çünki sianid otun, bitkinin üzərinə çöküntü vermir. O zamanlar tullantıların atıldığı sahədə emal müəssisəsinə yaxın yerlərdə, Quldurlu kəndi yaxınlığında tədqiqat aparırdıq. O vaxt sianidin qoxusunu aydın hiss edirdik. Şirkət müqavilə bağlayıb hərənin pay torpağını 500 manatdan birdəfəlik alıb. İndi sakinlərin pay torpaqları yoxdu və qalan hissəni zəhərli maddə tullantıları ilə doldurublar. O tullantılar da əkin-biçinə və mal-qaraya problem yaradır. Bu zəhərlənmiş havaya görə sakinlərə konpensasiya verilməli və daimi həkim müayinəsi təşkil olunmalıdır. Digər bir çıxış yolu kəndin bir az kənara köçürülməsidir. Suyun sianiddən təmizlənməsi də təhlükəli prosesdir. Əgər o gölün suyu torpağa keçsə, bütün çayları, yeraltı mənbələri zəhərləyə bilər. O gölün içi plastik kütlə ilə örtülməlidir ki, maddə torpağa hopmasın”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO