Dünən Gədəbəydə baş verən hadisəyə etiraz olaraq Gədəbəy sakinləri yenidən aksiya keçirir.
Xəbər verilir ki, sakinlər süni göl tikilməsi və etirazçıların saxlanmasına qarşı çıxıb.
Aksiya iştirakçıları saxlanılan şəxslərlə görüşə icazə verilmədiyindən də şikayətlənib.
Onlar poster və plakatlarla küçələrə axışıb.
Qeyd edək ki, dünən günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində süni gölün yaradılmasına etiraz edən bir qrup şəxslə polis arasında qarışıqlıq yaşanıb.
Qarışıqlıq zamanı polis yaşlı qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edib. Bu, cəmiyyətdə böyük narazılığa səbəb olub.
Becan.az