"" Yeganə Palace” mənim deyil, AQTA yalan məlumat yayıb" - Sahibkardan ittihamlar

15:09 26.06.2023 1 284
"" Yeganə Palace” mənim deyil, AQTA yalan məlumat yayıb" - Sahibkardan ittihamlar

""Yeganə Palace” şadlıq sarayı mənə məxsus deyil, Azərbaycan Qida Təhlküəsizliyi Agentliyi (AQTA) yalan məlumat yayıb”.

Bu sözləri Qaynarinfo-ya "Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim edilən Təmkin Əliyev deyib.

AQTA iyunun 25-də "Yeganə Palace” şadlıq sarayında aparılan yoxlamalar barədə məlumat yayıb. Həmin məlumatda Təmkin Əliyev şadlıq sarayının sahibi kimi təqdim edilib.

Təmkin Əliyev bizimlə söhbətində bildirdi ki, o, "Zəngəzur” İdman Cəmiyyətinin sədri və Həzi Aslanov metrostansiyasının yaxınlığında fəaliyyət göstərən "Zəngəzur” kafesinin sahibidir:

""Yeganə Palace” şadlıq sarayının mənə heç bir aidiyyatı yoxdur. Mən orda sonuncu dəfə 10 il əvvəl Qarabağ qazisi Zeynalabdin Məmmədovun övladının toyunda olmuşam”.

Sahibkar deyib ki, AQTA-nın onu "Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim etməsi məqsədlidir:

"Mənim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə məhkəmə çəkişməm olub. Özü də iddiaçı mən olmuşam. Məsələnin kökündə isə onların qanunsuzluğu dayanır. Təsəvvür edin, bunlar sahibi olduğum kafedən nümunə kimi quzu əti götürüblər. Laboratoriyada isə çıxıb mal əti. Bunun məndə videogörüntüləri də var. Məhkəməyə müraciət etdim. Amma məhkəməyə təsir edildi və onların xeyrinə qərar çıxarıldı. Mən də qanunsuz olaraq yazılan cəriməni ödəmirəm. İndi bilmirəm, məndən qisas alırlar, yoxsa başqa məqsədləri var. Hər halda, bu boyda uyğunsuzluq olmaz. Ona görə də, hesab edirəm ki, bu, məqsədlidir”.

Təmkin Əliyevin sözlərinə görə, AQTA həmin məlumatı yaydıqdan sonra qurumun qaynar xəttinə zəng edib.

"Onlar əvvəl dedilər, heç nə bilmirik. Sonra gecə 1-də şöbə müdirlərindən biri zəng eləyib deyir ki, niyə səs-küy salırsan? Bilirsən ki, "Yeganə Palace" sənin deyil. Cərimə sənə gəlməyəcək. Dedim, mənim deyilsə, adımı niyə hallandırırsınız? Hamı oxuyur, zəng vurur və s. Dedim, sizi məhkəməyə verəcəm və bu barədə də sosial şəbəkədə paylaşım etdim. Bundan sonra, gecə saat 2-də yenə zəng vurdular. Dedilər, gəlin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə. Mən də dedim sizin ayağınıza niyə gəlməliyəm?! Bu məsələni belə qoymayacam. Həmin məlumatı silməsələr, məhkəməyə müraciət edəcəm”, - deyə, Təmkin Əliyev vurğulayıb.


Qeyd edək ki, dünən AQTA "Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlanması barədə məlumat yayıb. Bildilib ku, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik "Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik "Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik "Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik "Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik "Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik "Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik "Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik "Chivas Regal” və 12 ədəd 0,5 litrlik "Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş "kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

12:20

İlk rübün bahalaşan və ucuzlaşan məhsulları - SİYAHI

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO