"Marketlər zibilliyə atılası məhsulları bizə sırıyır" - AÇIQLAMA

20:55 6.03.2023 1 434
"Marketlər zibilliyə atılası məhsulları bizə sırıyır" - AÇIQLAMA

“Malların vaxtını dəyişib, marketlərə göndərirlər. Sonda da bizə sırıyırlar. Bu da insanların sağlamlığında fəsadlar yaradır. Bizim aptek şəbəkələrində növbədə durmağımız buradan qaynaqlanır”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov "Araz" marketlər şəbəkəsində istifadəyə yarasız ərzaq məhsullarının satılmasını şərh edərkən bildirib.

O, yararlılıq müddəti keçmiş məhsulların satış alqoritmi barədə də danışıb:

“İstehlakçıların hüquqlarını müdafiəsi haqqında” Qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında və digər hüquqi sənədlərdə yararlılıq vaxtı keçmiş məhsulların satışı qadağandır. İstehlakçı 1003 qaynar xəttinə zəng vurub vəziyyəti deyərsə, həmin marketi 1500 manat cərimə gözləyir. Vaxtı keçmiş məhsulların satışı qadağan olunsa da, 26 ildir bu məhsulların son ünvanının bizlər olduğunu müşahidə edirik".

Ekspert vaxtı keçmiş məhsulların hansı sxem üzrə satışa çıxarıldığını da açıqlayıb:

"Marketlər məhsulu satışdan çıxarıb, anbara toplayır. Daha sonra distribüterə qaytarırlar. Distribüter isə istehsalçıya qaytarır. İstehsalçı isə ərinmir, mümkün olanların istehsal tarixini dəyişib, yenidən marketə göndərir. “Azad İstehlakçılar Birliyi” malların bu hərəkət alqoritmindən ciddi narazıdır. Hökuməti bu hallara son qoyumağa çağırırıq”.


E.Hüseynov məsələ ilə əlaqədar xüsusi proqramın olduğunu, lakin bu proqramdan istifadə edilmədiyini vurğulayıb:

“Hər gün tonlarla yararsız malların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə yığışdırılması üçün xüsusi bir MMC olmalıdır. Əgər AQTA və biznes qurumları istehlakçılara yararlılıq vaxtı keçmiş məhsulları satmaq istəmirsə, istəklərində səmimidirlərsə, bunun qarşısını almaq üçün proqram var. Həmin proqram satış şəbəkələrində kompüterflərə yüklənir, daha sonra AQTA-nın serverinə inteqrasiya olunur. Onlar da baxanda bilir ki, hansı marketdə hansı mal var və istifadə müddəti nə vaxt bitir. Təəssüf ki, bu proqram heç yerdə tətbiq olunmur".

E.Hüseynov bildirib ki, illərdir vaxtı keçmiş malların KİV vasitəsilə ləğv edilməsini həyata keçirmək istəsə də, az hallarda buna nail olur:

"Keçən ilin sonlarında yanlız bir firmanın istəyi və AQTA-nın iştirakı ilə 2 ayda 100 tona yaxın mal məhv olunub. Həmin firma qabağa düşdü. Buna başqa bir firma da qoşuldu. Amma onlarla belə firmalar var.
Bütün bunların qarşısının alınması üçün istehlakçılar da diqqətli olmalıdır. Belə hallarda istehlakçı mağaza sahibinə bildirməlidir. O, həmin məhsulun satışdan çıxarılmasında özü də iştirak etsə, daha yaxşı olar. “Azad İstehlakçılar Birliyi”nə həmin şəxsin ərizəsi daxil olsa, biz, böyük media kampaniyası qurar və dövlət orqanları ilə iş apararıq. AQTA-nın ən böyük çatışmazlıqlarından biri mediada gedən informasiyaları izləməməsidir. Nə qədər ki, AQTA media ilə sıx əlaqədə işləmir, bu vəziyyət davam edəcək”.


Xatırladaq ki, bu gün "Araz" marketdə vaxtı keçmiş, yararsız məhsulun satılması ilə bağlı xəbər vermişdik.(Bakupost)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:42

Ermənistanın Müstəqillik Günü İstanbulda da qeyd edildi - Türkiyə XİN rəsmisi tədbirdə

19:23

İşğalçılar torpaqlardan qovuldu, 300-dən çox yaşayış məntəqəsi azad edildi - İlham Əliyev

15:09

37 nəfər etirazçı həbs olundu - RƏSMİ

16:28

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı rəsmi BƏYANAT

11:01

"İtkin düşmüş heç bir vətəndaşımız unudulmur" - İlham Əliyev

10:46

"Qardaşlıqdan ortaqlığa: Türkiyə və yeni Azərbaycan" - Kandemir

10:35

Azərbaycan əsgərini təhvil versək, bəs sabah... - Paşinyan

10:04

Hamiləliyə və doğuma görə müavinətlə bağlı mühüm dəyişikliklər

10:51

Nazirin xalası oğlu "oğurladığı" pulu qaytardı

10:41

Rusiyada vəba yayılır, amma gizlədilir

11:56

"İlham Əliyevin sərt mesajları Türkiyəyə yox, İrana idi"

13:47

Ermənistan ərazisinə keçən əsgərimizin aqibəti necə olacaq?

10:09

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

13:03

50 ilin işığında...

12:38

Dönərxana ətləri belə hazırlanırmış: Dəhşətli mənzərə

12:31

"İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi

12:03

150-dən çox sərnişini olan təyyarə qaçırılıb?

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}