"Ermənistan dəhlizlə bağlı öz üzərinə yazılı və ya şifahi heç bir öhdəlik götürməyib. Ona görə də heç vaxt bu məntiqlə verilən heç bir şərhi qəbul etməyəcək".Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
O, qeyd edib ki, ölkələrin hər birinin suverenliyi və qanunvericiliyi əsasında regional kommunikasiyalara gəlincə, Ermənistan çoxdan buna hazırdır:
"Uzun müddətdir ki, hökumətin qərar layihəsi rəsmi şəkildə yayılır və bu layihədə Azərbaycanla sərhəddə üç keçid məntəqəsinin yaradılması nəzərdə tutulur".