Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı Ermənistan-İran əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. İkitərəfli gündəliyin, əldə olunmuş razılaşmaların yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mirzoyan İran prezidentinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat verib.
Becan.az