Gömrük Komitəsinin inspektoruna məxsus “obyekt”də zəhərlənən ustaya sahib çıxılmır

19:32 25.07.2023 971
Gömrük Komitəsinin inspektoruna məxsus “obyekt”də zəhərlənən ustaya sahib çıxılmır

Jurnalist Məğrur Salmanov qardaşının başına gələn xoşagəlməz hadisə ilə bağlı status paylaşıb. O, qeyd edir ki, qardaşı hansısa gömrükçünün obyektində zəhərlənib, ancaq iş sahibləri onun taleyinə biganə yanaşırlar.

Statusu olduğu kimi təqdim edirik:

“Qardaşım Nicat Salmanovdur. 3 qız atası… Gömrük Komitəsində inspektor kimi çalışan birinin “halal” qazancla tikdirdiyi obyektdə usta işləyirdi.

“Srok”u keçmiş lakı alıb, veriblər qardaşıma. Qardaşım bilməyib, lakdan zəhərlənib. 15 gün yataq vəziyyətində qaldı, hələ də özünə gələ bilmir. Zəhərlənmə başqa orqanlara da keçib, sıradan çıxarırmış.

Özəl klinikalara bir ətək pul tökdük, iki dəfə də gecə saatlarında toksikologiyaya aparmışıq. TƏBİB-çilər sağ olsun, anında xəstəxanaya çatdırdılar. Klinikalara 3-4 min manat xərci çıxdı…

Gömrük Komitəsində bu pul tum pulu ola bilər. Ancaq bu ailə üçün böyük rəqəmdir. Üstəgəl 1 aydır işləyə bilmir. Şahin Bağırovun inspektoru deyib ki, “get, kimə deyirsən, de”. Bir dəfə belə baş çəkmədi qardaşıma, nə də dəyən ziyanı qarşıladı.

Nehrəmlidirlər. İnspektorun işəgötürən qohumu ilə görüşdüm, “bizi soruş, biləcəksən kimik” dedi. “Müəllim özü də Gömrükdə işləyir” sözünü elə əda ilə dedi ki… Bizə keçməz bu...1 aydır ki, üz-üzdən utanar deyib, səsimi çıxarmadım, Natiq Axundovla əlaqə saxladım, fotosunu, əlaqə nömrəsini verdim, dərdimi danışdım. Gəlsinlər, dəyən ziyanı qarşılasınlar, dedim. Sağ olsun, o, danışıb, inspektorun rəisinə də deyib, ancaq bir aydır ki, xəbər çıxmır.

Məsələ ilə bağlı bütün aidiyyatı orqanlara müraciət edəcəm…”.
(Pravda.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

10:38

TƏBİB-in yeni icraçı direktoru vəzifə islahatlarına başladı

10:21

ABŞ-İran nümayəndə heyətləri Pakistanda görüşəcək - 2-ci raund

09:37

Estoniya Rusiyadan hücum gözləmir, amma...

13:34

On milyon ton taxılın sorğu-sualı... - Baş Prokurorluqda dindirilmə

13:22

Heyvan idxalı azalıb: Ət yenə bahalaşacaq?

12:41

Netanyahudan İranla bağlı açıqlama: "Bu, son deyil..."

12:09

Əli Əsədovla bağlı suala Elmar Məmmədyarovun cavabı

13:52

Hörmüz boğazı yenidən bağlandı

12:02

Ermənistan 5 postu Azərbaycana təhvil verdi

09:59

Məktəb direktoru Azərbaycana təhvil verildi

13:55

Ukraynaya 120 min dron göndərilir

13:48

ABŞ-ın İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır

13:50

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

13:36

Müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verəcək

12:57

Xameneinin qanı yerdə qalmayacaq - Vəd

10:10

Pünhan İSMAYILLI - 60

12:03

Azərbaycanda da kafe, restoran və mağazalar... 21.00-da bağlanacaq?

11:46

Bələdiyyəyə nə qədər və nəyə görə pul ödənilməlidir? - AÇIQLAMA

12:20

Azərbaycan futboluna 2025-ci ildə xərclənən vəsait...

11:36

Şuşa gedən bu yol pullu oldu - QƏRAR

10:55

“Azərbaycan” adının dəyişməsi müzakirə mövzusu oldu - "Hə" deyən də var, "yox" deyən də...

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO