Xəbər verdiyimiz ki, Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər sosial şəbəkədə paylaşılıb. Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib. Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb. Mövzu ilə bağlı News24.az-a Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə sözçüsü Rüstəm Aslanov açıqlama verib:
"Məsələ ilə bağlı araşdırma aparılıb və sözügedən məktəbin direktoru tutduğu vəzifədən azad edilib".