Astarada direktor müəllimini oturacaqla vurdu - PROBLEM

15:01 25.01.2023 1 196
Astarada direktor müəllimini oturacaqla vurdu - PROBLEM

Ekspert: Elxan Nəcəfovun mafioz direktoru dəstəkləməsi dözülməz haldır

Yenixeber.org: Redaksiyamıza Astara rayon təhsilində yaşanan özbaşınalıqlarla bağlı maraqlı yazı daxil olub. Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Astara rayonundan həyəcan doğuran xəbər almışıq. Belə ki, məktəblərdən birinin direktoru müəllimlərdən birinə qarşı fiziki hücum edib, daha dəqiq desək, STUL ATIB!

Söhbət, Burzubənd kənd tam orta məktəbinin qalmaqallı direktoru Turan Rəfiyevdən gedir. Hücuma məruz qalan isə məktəbin biologiya müəllimi Vidadi Əmirovdur.

Hadisə, tam olaraq belə baş verib: Direktorun qanunazidd və biabırçı əməllərindən edilən çoxlu şikayətlərdən sonra məktəbə, təhsil idarəsindən nümayəndələr gəlib. Vəziyyəti müzakirə etmək üçün müəllimlərə söz verilən zaman, paxırlarının açılmasına dözməyən dəliqanlı direktor, müəllimi ağır söyüşlərlə təhqir edib, lakin ürəyi soyumayaraq üzərinə hücuma keçib və stul atıb! Xoşbəxtlikdən ciddi fiziki xəsarət almayan yaşlı müəllim, sarsıntı keçirsə də, soyuqqanlılığını itirməyib.

Hadisə barədə “Təhsil Araşdırmalar Mərkəzi”nə danışan zərərçəkən Vidadi Əmirov, məktəbdə baş verən özbaşınalıqlardan müəllimlərin və şagirdlərin cana gəldiyini və buna görə də etiraz haqqından istifadə etdiklərini bildirib: “Nəticədə problemlərin həll olunması əvəzinə, direktor Turan Rəfiyevin söyüşləri və fiziki hücumuyla “mükafatlandırıldıq”. Mən 39 ilin müəllimiyəm və Turan Rəfiyevə dərs demişəm, əlindən tutmuşam. Mənə “çox sağ ol” demək əvəzinə, üstümə hücum edir, öldürməyə cəhd edir… Guya mən ya da digər müəllimlər ölsə, yox olsa, problemlər yoxa çıxacaq?!..”

Lənkəran-Astara Regional Təhsil İdarəsi başda olmaqla, müvafiq qurumlardan reaksiya gözlədiklərini qeyd edən Vidadi müəllim, məsələ ilə bağlı müəllim heyətinin Təhsil İdarəsi rəhbəri Elxan Nəcəfovla görüşdüyünü də əlavə etdi: "Elxan müəllim öncə sübut və sənədləri görüb, direktorun işdən çıxarılması gərəkdiyini bildirdi, biz müəllimlər də sevindik ki, nəhayət məktəbimiz ağ günə çıxır. Lakin, sevincimiz çox çəkmədi. E.Nəcəfov görüşdən bir neçə gün sonra qəribə şəkildə mövqeyini dəyişdirdi, direktoru dəstəkləməyə başladı...”

Baş verən son dəhşətli olay ilə bağlı rayonun gənc elm adamlarının iştirak etdiyi "Gənc Alimlər" təşkilatı ilə də əlaqə saxladıq. Burzubənd məktəbində olduqca dramatik hadisələrin baş verdiyini qeyd edən təhsil eksperti Emin Mirzəli bunları bildirdi:

"Sözügedən qəsd hadisəsindən yetərincə müddət keçsə də və Vidadi müəllim müxtəlif qurumlara şikayət etsə də, hələ də rəsmi bir reaksiya yoxdur. Təsəvvür edin, normalda küçədə kimsə kiməsə söyüş söysəydi, polis başda olmaqla, hamı tökülüşəcəkdi. Lakin ictimai yerdə, özü də TƏLİM VƏ TƏHSİL MƏKANINDA belə bir quldurluq və qəsd hadisəsi baş verir, heç bir qurumdan "tık" yoxdur! Sadəcə olaraq, dəhşətdir! Belə çıxır ki, Turan Rəfiyev Vidadi müəllimi öldürməliydi ki, hansısa ciddi tədbir görüləydi...

Yaxud da hadisəni müəllimlər kameraya çəkib sosial şəbəkədə yaymalıydılar ki, Təhsil Nazirliyi reaksiya verəydi!

Fürsətdən istifadə edib, "Gənc Alimlər" təşkilatı olaraq, Astara İcra Hakimiyyətinə, DİN-ə, Prokurorluğa, Həmkarlar İttifaqına və ən əsası da, Lənkəran-Astara Regional Təhsil İdarəsi rəhbəri Elxan Nəcəfova müraciət edirik; BU QƏSDƏ, BU DƏHŞƏTLƏRƏ DƏRHAL MÜNASİBƏT BİLDİRİN, ƏKS HALDA, SABAH O MÜƏLLİM, YA DA BAŞQA MÜƏLLİM DİREKTOR TƏRƏFİNDƏN ÖLDÜRÜLƏ BİLƏR!

Məsələyə, medianın və jurnalistlərin bundan sonra reaksiya verəcəyinə inandığını qeyd edən gənc alim bu hadisənin, "Regional"ın rəhbəri Elxan Nəcəfov üçün səmimiyyət testi olduğunu bildirdi: "Düşünürük ki, Elxan müəllim, savadlı, intellektli bir insan olaraq, öncəki savadsız müdirin səhvlərindən ibrət almalıdır. Lakin, fakt budur ki, Turan Rəfiyev məktəbi şəxsi obyektinə çevirməsinə, öz müəlliminə qəsd etməsinə baxmayaraq, hələ də o məktəbin rəhbəridir..."

Qeyd: Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfovla əlaqə saxlamağa çalışsaq da, Elxan müəllim təəssüf ki, münasibət bildirməkdən boyun qaçırdı…

P.S. Bəli, sözün bitdiyi yerdəyik. Hücuma məruz qalan Vidadi Əmirov, vaxtilə elə Turan Rəfiyevin özünün də əlindən tutub, onun müəllimi olub... Öz müəllimini təhqir etmək və üzərinə hücum etmək... Necə deyərlər, "ustadına kəm baxanın gözünə qan damar..."

Əgər bir insan öz müəlliminə əl qaldırırsa, deməli, onun üçün müqəddəs heç nə yoxdur, o, hər şeyi edə bilər…

"Təhsil Araşdırmalar Mərkəzi"

Mətbuat olaraq, yazıda adları hallanan tərəfləri dinləməyə hazırıq.


Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:00

İranın dirənişinin səbəbləri...

11:58

İranın Livandakı səfiri öldürüldü

13:53

Türkiyədən "31 Mart"la bağlı paylaşım

13:44

İranda şəhər vuruldu: ölənlər var

13:33

Tramp Hörmüz boğazının açılması üçün kömək tələb edəcək

13:18

Prezident fərman imzaladı

09:21

Beş gün ardıcıl İŞ OLMAYACAQ

10:25

İranda rejimi dəyişə bilməyəcəklər - Kansler

11:48

İran vəzifəlilərini məhv etmək əməliyyatı dayanmayacaq - Defrin

11:38

Türkiyənin finaldakı rəqibi...

11:29

Araqçı Azərbaycanın da adını çəkdi...

11:19

ABŞ Yaxın Şərqə əlavə 10 min hərbçi göndərmək haqda fikirləşir

05:21

Davamlı yağış yağacaq, sel gələcək...

06:36

Bu gün Ramazan bayramıdır

06:22

Bir stəkan içilsə... - Sadə sağlamlıq resepti

21:38

Mənim Cənub marağım...

18:54

Putin İran müharibəsində vasitəçilik etmək istəyir - Təkliflər var

18:48

Təbriz də raket zərbələrinə tuş gəldi

11:16

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

11:30

“Pezeşkian Əliyevin əvəzinə, Putinə zəng etdi”

11:25

SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO

15:14

İran hücumu bilərəkdən edib, yoxsa səhv olub?

19:47

Ölkə Prezidentinin adından məmura mükafat verən "jurnalist" həbs olundu

19:41

İranda ölənlərin sayı 1000 nəfərə yaxınlaşdı

19:30

İran dərin zərbələrlə qarşılaşacaq

19:21

İş adamının 4,2 milyonluq əmlakı müsadirə olundu

13:26

Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda ev və digər tikililərdə çatlar yaranıb

21:15

Türkiyə Pakistanın yanındadır - Ərdoğan

21:09

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib

21:00

"Böyük səhv etdilər, cavabımız dağıdıcı olacaq" - Netanyahu

14:04

Çin İrana təzyiq etməyə məcburdur

13:58

Müharibənin miqyası genişlənir - İsrail Livana hücum etdi

13:52

“İranın yeni hakimiyyətində azərbaycanlılar əsas iddiaçı olmalıdır” – Rüstəmxanlı

12:26

Dünya siyasətində əxlaqsızlıq səviyyəsi artır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO