Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır stabil olaraq qalır.
Lent.az-ın xəbərinə görə, Bakı Sağlamlıq Mərkəzindən bildirilib ki, reanimasiyada müalicəsi davam etdirilən jurnalist hələ də komatoz vəziyyətdədir və kənar təsirlərə reaksiya vermir.
Qeyd olunur ki, xəstənin komatoz vəziyyətdən çıxması üçün lazım olan bütün zəruri tədbirlər həyata keçirilir.