"İraqın PKK-nı rəsmi olaraq terror təşkilatı kimi tanımasını istəyirik". Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.
“İraqın ərazi bütövlüyünü və siyasi birliyini qorumaq bizim prioritetlərimizdən biridir. Biz bundan sonra bu yanaşmanı diqqətlə qoruyacağıq. İraqı strateji hədəflərimizi birlikdə həyata keçirə biləcəyimiz tərəfdaş kimi görürük”, – deyə, H.Fidan bildirib.
O, qeyd edib ki, PKK terror təşkilatının Türkiyə-İraq əlaqələrinə xələl gətirməsinə imkan verilməməlidir.